SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANLI TƏLƏBƏLƏR TEHRANIN ŞƏHİD RƏCAİ UNİVERSİTETİNDƏ DƏ AKSİYA KEÇİRİBLƏR

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANLI TƏLƏBƏLƏR TEHRANIN ŞƏHİD RƏCAİ UNİVERSİTETİNDƏ DƏ AKSİYA KEÇİRİBLƏR

Gunaz.tv
Tehranın Şəhid Rəcai Universitetində təhsil alan yüzdən çox azərbaycanlı tələbə keçmiş prezident Məhəmməd Xatəminin internetdə yayılan bir videosüjetdə digər ruhanilərlə birlikdə azərbaycanlılara lətifə qoşub istehza etməsinə etiraz olaraq aksiya keçiriblər. GAİP XƏBƏR MƏRKƏZİ “Media forum” saytınim məlumatina istinadən, mayın 23-də keçirilən aksiyada tələbələr M.Xatəmini rəsmi şəkildə Azərbaycan xalqından üzr istəməsini tələb ediblər. Tələbələrin əlində üzərində “2006-cı ilin mayında bizi “tarakan” adlandırdılar, 2009-cu ilin mayında isə bic doğolmuş!”, “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim”, “Faşizmə ölüm”, “Azərbaycan oyaqdır, varlığına dayaqdır”, “Sivilizasiyalar arasındakı dialoq dediyin buydumu?” sözləri yazılmış plakatlar olub. Aksiyada tələbələr “Mənim dilim ölən deyil, başqa dilə dönən deyil”, “Yaşasın Azərbaycan”, “Azərbaycan diyarımız, varlığı iftixarımız” və s. şüarlar səsləndiriblər, ölkədə azərbaycanlılara qarşı təhqirlərə son qoyulmasını istəyiblər.gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar