SON XƏBƏRLƏR

TƏBRİZ və URMİYA AKSİYALARINDA HƏBS EDİLƏNLƏRİN DƏQİQ SAYI BİLİNMİR

2021.10.20, 07:36
TƏBRİZ və URMİYA AKSİYALARINDA HƏBS EDİLƏNLƏRİN DƏQİQ SAYI BİLİNMİR

Gunaz.tv
Keçmiş prezident Məhəmməd Xatəminin internetdə yaylan bir videosüjetdə digər ruhanilərlə birlikdə azərbaycanlılara lətifə qoşub istehza etməsi Güney Azərbaycanın Təbriz və Urmiya şəhərlərində də böyük etirazlara səbəb olub. Gaip xəbər mərkəzi Media forum saytı xəbər verir ki, Təbrizdə aksiya keçirən fəallar hökumət qüvvələri və mülki geyimli ETTELAAT əməkdaşlarının hücumuna məruz qalıb. Hökumət qüvvələri aksiyaçıların Elgölü parkında toplaşmasına mane olmaq üçün gözyaşardıcı qazdan istifadə etsələr də, təzyiq və təhdidlərə məhəl qoymayan aksiyaçılar “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” şüarları verərək keçmiş prezidentin Azərbaycan xalqından üzr istəməsini tələb ediblər. Məlumatda o da vurğulanır ki, həbs edilən aksiyaçıların çox az qisminin adı bilinir: Əlirza Fərşi (universitet müəllimi), Əli İslami, Əsğər Çəməni, Bayram Xaliqzadə, Səccad Qarabağlı, Vəhid Ağacani, Səhər Fəthi, Halə Fəthi. Aksiyada iştirak edən dörd fəalın - Fərdin Muradpur, Vəhid Əlizadə, Əkbər Məhəmmədi və Qadir Hemmətinin isə polislə qarşıdurmada ağır bədən xəsarəti alaraq naməlum istiqamətə aparıldığı bildirilir. Urmiyada etiraz aksiyasına başlanmazdan bir neçə saat əvvəldən internetdə və mobil telefonlarının işində pozuntular əmələ gəldiyi vurğulanır. Bildirilir ki, şəhər hökumət qüvvələrinin nəzarətində olsa da, yüzlərlə tələbə fəal “Azərbaycan oyaqdır, varlığına dayaqdır”, “Haray-haray mən türkəm”, “Xatəmi, ar olsun”, “Xatəmi - xəcalət” şüarlarıyla aksiyanı genişləndirməyə cəhd göstərsələr də, polis qüvvələrinin maneəsi il üz-üzə qalıblar. Polislə qarşıdurmalarda onlarla aksiyaçının həbs edilərək naməlum istiqamətə aparıldığı xəbər verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar