SON XƏBƏRLƏR

Amerikada yaşayan azərbaycanlılar Nyu-York şəhərində keçirilən ənənəvi Türk yürüşündə Azərbaycanı təmsil ediblər

2021.10.20, 07:36
Amerikada yaşayan azərbaycanlılar Nyu-York şəhərində keçirilən ənənəvi Türk yürüşündə Azərbaycanı təmsil ediblər

Gunaz.tv
Amerika Azərbaycanlıları Cəmiyyətinin (AAC) prezidenti Tomris Azərinin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, tədbirdə 10 000-ə yaxın adam iştirak edib. Onların çoxu əllərində Azərbaycan, Türkiyə və ABŞ bayraqlarını tutaraq Medison avenyü ilə hərəkət ediblər. Qeyd edək ki, AAC artıq 28 ildir bu yürüşdə Azərbaycanı təmsil edir. AAC prezidenti Tomris Azəri bildirib ki, 28 may - Respublika Günü münasibəti ilə Nyu-York meri Maykl Blümberq onlara xüsusi təbrik məktubu yollayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar