SON XƏBƏRLƏR

PERESİN BAKIYA SƏFƏRİ GÖZLƏNİLİR

2021.10.20, 07:36
PERESİN BAKIYA SƏFƏRİ GÖZLƏNİLİR

Gunaz.tv
İyunun sonu - iyulun əvvəllərində İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri gözlənilir. İsrail KİV-lərinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Peres artıq Azərbaycan tərəfin rəsmi dəvətini alıb. Səfərin dəqiq müddəti artıq müvafiq idarələrin əməkdaşları səviyyəsində razılaşdırılacaq. "Turan"ın artıq xəbər verdiyi kimi, bu barədə razılıq Azərbaycan prezidenti İlham Əliyevin İsrailin xarici işlər naziri Aviqdor Libermanla mayın 6-da Praqa görüşü zamanı əldə olunub. Liberman qeyd edib ki, Cənubi Qafqaz ölkələri və xüsusən Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. O əlavə edib ki, özü də son dəfə 2007-ci ilin avqustunda strateji planlaşdırma naziri qismində səfər etdiyi Azərbaycan paytaxtına tezliklə yenidən gələcəyinə ümid edir. Qeyd edək ki, Peresin Bakıya səfəri haqqında məlumat İranda və Azərbaycanın özündə bir sıra din xadimlərinin mənfi reaksiyasına səbəb olub. Belə ki, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi artıq Azərbaycan əleyhinə bəyanatla çıxış edərək Peresin dəvət olunmasını "təxribat" adlandırıb. "Turan"ın şərhinə görə, qarşıda duran səfərlə əlaqədar olaraq radikal əhval-ruhiyyəli şəxslər tərəfindən və ilk növbədə Bakı yaxınlığındakı Nardaran qəsəbəsində və İranla həmsərhəd olan cənub bölgəsində İsrail əleyhinə çıxışların artacağını gözləmək olar. Həmçinin dini ekstremistlər tərəfindən aksiyaları da istisna etmək olmaz. Amma qeyd etmək lazımdır ki, bir müddət bundan öncə Ermənistan prezidenti də İranda səfərdə idi və bu səfərə görə rəsmi Bakı hər hansı bir formada narazılığını ifadə etmədi. Sözdə Azərbaycanın qardaşı olan İran ərazilərimizi işğal etmiş Ermənistana qaz xətti də çəkir və Ermənistanla hərtərəfli əməkdaşlığını da davam etdirir. Habelə müxtəlif məlumatlar var ki, Dağlıq Qarabağ işğal edilən zaman da İranın xüsusi xidmət orqanları yeni müstəqillik əldə etmiş, dövlət idarəçiliyi möhkəmlənməmiş Azərbaycana "kömək" adı altında bütün hərbi-strateji sirlərimizi Ermənistana ötürüb. Ən nəhayət, İran bu gün də, dünən də Azərbaycana qarşı ərazi iddiası irəli sürür. İrana səfər etmiş hər kəs bilir ki, İran məmurlarına "Azərbaycandan gəlmişəm" deyəndə elə bil ulu babalarına söyürsən. Çünki ölkəmizi adı ilə çağırmağı belə, özlərinə rəva bilməyib Azərbaycana "şurəvi" deyirlər. "Baba şurəvi de, nə Azərbaycan", - deyə hələ insana ağıl da verirlər. Belə bir ölkə əjdaha olsa belə, onun nə haqqı var ki, Azərbaycanın kiminlə dostluq və ya düşmənçilik etməsini müəyyənləşdirsin. Bəli, İsrail Qəzzada amansız və qeyri-adekvat müharibə aparmaqla dinc müsəlman balalarını qanına qəltan etdi. İran mollaları isə bu hadisələrə yalnız və yalnız mitinq keçirməklə cavab verdilər. Fars "qardaş"larımızdan fərqli olaraq Qarabağ uğrunda gedən savaşlarda Azərbaycan yəhudiləri də digər azərbaycanlılar kimi qanlarından keçdilər. Yeri gəlmişkən, İsrail bizim mədəni-tarixi və dini abidələrimizi də ermənilərin və özünün adına çıxmır. Məsələn, İran Yerevandakı Azərbaycan məscidini təmir etdirərək bu məscidin divarlarını öz mollalarının şəkilləri ilə bəzədərək Azərbaycanın dini-mədəni abidəsini özününküləşdirib. Habelə İran Culfasındakı alban kilsəsini təmir edib ermənilərin tarixi abidəsi kimi dünaya nümayiş etdirən də İrandır. Bundan başqa, İranın "Səhər" telekanalı gün boyu ölkəmizin ərazisinə separatçılıq toxumu səpməkdə davam, saysız-hesabsız soydaşlarımızı pulla şirnikləndirərək narkoticarətə cəlb etməkdə də davam edir...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar