SON XƏBƏRLƏR

Pezeşkian: Biz səlahiyyətlərin qubernatorlara verilməsi niyyətimizdən əl çəkməyəcəyik

2025.07.22, 12:05
Pezeşkian: Biz səlahiyyətlərin qubernatorlara verilməsi niyyətimizdən əl çəkməyəcəyik

İranşəhridəki qrupların etirazlarına baxmayaraq İran prezidenti Məsud Pezeşkian əyalət qubernatorlarına prezident səlahiyyətlərinin verilməsinin tərəfdarı olduğunu bildirib.

Gunaz.tv

"Hər qubernator öz vilayətinin prezidenti ola və xidmət göstərə bilər. Səlahiyyətlərin qubernatorlara verilməsi xalqa xidmətin çatdırılmasını sürətləndirmək və əyalət problemlərini həll etmək üçün böyük addımdır." - deyə Pezeşkian bildirib.

O, qubernatorların 12 günlük müharibədə uğurlu çıxışını yüksək qiymətləndirib və səlahiyyətlərin onlara verilməsini düzgün addım hesab edib. Pezeşkyan qubernatorlara səlahiyyətlərin verilməsindən əl çəkməyəcəyini və inzibati problemlərin əməkdaşlıq yolu ilə həll ediləcəyini açıqlayıb.

Qeyd edək ki, İranın qeyri-rəsmi medialarında yayılan məlumatlara görə, İran parlamenti Nazirlər Şurasının səlahiyyətləri qubernatorlara verilməsi ilə bağlı qətnaməni ləğv edib. Ancaq hələ ki, rəsmi mənbələr bu haqda heç bir açıqlama verməyiblər.

İranın məhkəmə, təhlükəsizlik və qanunvericilik qurumlarında böyük nüfuza malik olan  mərkəzçi hərəkat icra səlahiyyətlərinin vilayətlərə verilməsini ölkədəki yüzillik fars hegemonluğu üçün təhlükə hesab edir və bunun ölkənin parçalanması demək olduğunu iddia edərək qanuna qarşı çıxırlar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar