SON XƏBƏRLƏR

Türkiyədə xəstəxanada yanğın baş verib, 8 nəfər ölüb

2021.10.20, 07:36
Türkiyədə xəstəxanada yanğın baş verib, 8 nəfər ölüb

Gunaz.tv
Ölənlərin hamısı xəstəxananın reanimasiya şöbəsində müalicə olunan xəstələr olub Bu gecə yerli vaxtla saat 02. 00 radələrində (Bakı vaxtı ilə saat 04.00) Türkiyənin Bursa şəhərində xəstəxanada yanğın baş verib. “Haberturk”ün məlumatına görə, yanğın nəticəsində reanimasiyada olan 8 xəstə dünyasını dəyişib. Onların ölməsinə səbəb yanğından sonra elektrik enerjisinin kəsilməsi olub. Ölənlərdən üçü qadın olub. Xəstəxanada müalicə olunan 44 xəstə isə 10 ayrı-ayrı xəstəxanalara köçürülüb. Verilən məlumata görə, yanğın xəstəxananın tomoqrafiya şöbəsində başlayıb. Hələlik yanğının necə yaranması məlum deyil. /ANS PRESS/ ----------------------------------------------------------- Türkiyədə PKK terrorçuları bir əsgəri şəhid ediblər Tunceli vilayətində baş vermiş insidentdə daha bir əsgər isə yaralanıb Türkiyədə PKK terrorçularının növbəti hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir çavuş şəhid olub, bir əsgər isə yaralanıb. ANS PRESS, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tunceli vilayətinin Çiçəkli kəndi yaxınlığında Türkiyə əsgərləri ilə PKK terrorçuları arasında atışma baş verib. İnsident nəticəsində bir çavuş ölüb, bir əsgər isə yaralanıb. Terrorçular atışmadan sonra qaçmağa müvəffəq olublar. Terrorçuların ələ keçirilməsi üçün ərazidə əməliyyatlar başlayıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar