SON XƏBƏRLƏR

Əhməd Davutoğlu Bakıdadır

2021.10.20, 07:36
Əhməd Davutoğlu Bakıdadır

Gunaz.tv
O, səhər saatlarında Fəxri Xiyabanda olacaq və sonra rəsmi görüşlərinə başlayacaq Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu İslam Konfransı Təşkilatının Dəməşqdəki toplantısından sonra bu gecə Azərbaycana rəsmi səfərə gəlib. Bakıya azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir təyyarədə gələn Əhməd Davutoğlu Heydər Əliyev beynəlxalq hava limanında jurnalistlərə bildirib ki, bu gün keçirəcəyi rəsmi görüşlərdə iki ölkə arasındakı bütün məsələlər müzakirə olunacaq. Əhməd Davutoğlu səhər saatlarında Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək. Daha sonra o Azərbaycan Xarici İşlər Nazirliyində olacaq və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla iki ölkə arasında enerji məsələlərini və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Təktbətək görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir. Nazir vəzifəsinə təyin olunduqdan sonra sayca ikinci xarici səfərini (ilk səfər Şimali Kipr Türk Cümhuriyyətinə olub) Azərbaycana edən Əhməd Davutoğlunu bu gün prezident İlham Əliyev də qəbul edəcək. Dəməşqi tərk etməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Əhməd Davutoğlu bildirib ki, 17 ildir dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin həllində hərəkətlilik hiss olunur. O bəyan edib ki, Ermənistanın Dağlıq Qarabağı işğal altında saxlaması Türkiyə və Azərbaycanın maraqlarına ziddir. ATƏT-in münaqişənin həlli üçün yaratdığı Minsk Qrupunun indiyədək hər hansı irəliləyişə nail olmadığını deyən Əhməd Davutoğlu, bu məsələdə Azərbaycan prezidenti İlham Əliyevlə həmfikir olduğunu açıqlayıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar