SON XƏBƏRLƏR

Azərbaycan: güllələnmiş əsgərlərin adları açıqlanıb

2021.10.20, 07:36
Azərbaycan: güllələnmiş əsgərlərin adları açıqlanıb

Gunaz.tv
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Seyfəli poliqonunda hərbçi yoldaşları tərəfindən güllələnmiş hərbçilərin adlarını açıqlayıb. Onlardan 4-ü qətlə yetirilib. Bir nəfər Mustafa Sayfulov isə yaralanıbdır. Xatırladaq ki, bu hadisə mayın 23-də kiçik çavuş Orxan Səfərov tərəfindən törədilib. Faktla bağlı cinayət işi qaldırılıb, Orxan Səfərov həbs edilibdir. Müdafiə Nazirliyi bu hadisəni təəssüfedici, müstəqil ekspertlər isə orduda baş verən özbaşınalıqların nəticəsi kimi qiymətləndirir. Azərbaycan ordusunda xidmət edən əsgər və zabitlər arası münasibətlərdə problemlərin yaranması hallarına son bir ildə bir neçə dəfə rast gəlinib. Belə ki, bir müddət əvvəl Ələt hospitalında yol verilən nizamnamədənkənar hərəkət və ya el dilində desək “dedovşina” hadisəsi nəticəsində bir neçə nəfər həbs edilmişdi. Bununla bağlı qalmaqal bitməmiş mayın 23-də Seyfəli poliqonunda 4 nəfərin qətli və bir nəfərin yaralanması ilə bitən hadisənin baş veməsi ölkədə birmənalı qiymətləndirilmir. Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun dediyinə görə, müdafiə nazirliyi baş verən hadisə ilə bağlı təəssüfünü bildirir. Hazırda faktla bağlı cinayət işi qaldırılıb və ciddi istintaq gedir. “Dedovşina” hadisəsi ilə bağlı son qalmaqaldan sonra Azərbaycan dövlət başçısı orduda daxili intizam qaydalarının gözlənilməsi ilə bağlı göstəriş vermişdi. Bu olayın baş verməsi bu istiqamətdə lazımi tədbirlərin görülməməsi demək deyilmi sualına cavabında Müdafiə Nazirliyi rəsmisi bildirdi ki, son hadisə zamanı həm atəş açan, həm də qətlə yetirilən şəxslər eyni yaşda olub. Bütün münaqişə iştirakçıları çavuş - yəni kiçik komandir, əsgərlərə rəhbərlik edən şəxslərdir. Və bu hadisənin Eldar Sabiroğlunun sözlərinə görə, dedovşinaya heç bir aidiyyatı yoxdur. Amma Silahlı Qüvvələrə Demokratik Vətəndaş nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov hesab edir ki, Azərbaycan ordusunda “səhlənkarlıq və cəzasızlıq ” mühiti hökm sürür. Ekspert deyir ki, mayın 23-də baş verən qətl nizamnamədənkənar münasibətlər, “dedovşina”, hərbiçilərin hüquqlarının pozulması, onların təhqir olunması hallarının nəticəsidir. Ələkbər Məmmədovun fikrincə, problemin həlli üçün ordu üzərində demokratik nəzarət tətbiq olunmalıdır. Əks halda ekspertin fikrincə, hadisənin əsil motivi yenə də bilinməyəcək və iş ancaq kiçik çavuş Orxan Səfərovun cəzalandırılması ilə bitəcəkdir. Bu, milli ordunun tarixində 1992-ci ildən bu günə qədər ən böyük belə faciədir. Birinci dəfə hərbiçilərin xidmət yoldaşları tərəfindən ən kütləvi güllələnməsi 1991-ci ildə Şuşada baş verib. Həmin vaxt əsgər 26 nəfəri güllələyib, onlardan 8-i həlak olub. Onda Yaralılar arasında Şuşa qarnizonunun o vaxtkı komandiri Rəhim Qazıyev də var idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar