SON XƏBƏRLƏR

Elxan Nuriyev: "Amerikalı ekspertlər Obamaya Azərbaycanın xarici siyasətinə ciddi yanaşmağı tövsiyə edirlər"

2021.10.20, 07:36
Elxan Nuriyev: "Amerikalı ekspertlər Obamaya Azərbaycanın xarici siyasətinə ciddi yanaşmağı tövsiyə edirlər"

Gunaz.tv
"Onlar hətta Obamaya Azərbaycana səfər etməyi məsləhət görürlər" Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev ABŞ-ın Vaşinqton, Nyu-York və Kaliforniya şəhərlərinə etdiyi işgüzar səfərin nəticələrinə dair mətbuat konfransı keçirib. O jurnalistlərin nəzərinə çatdırıb ki, səfər çərçivəsində həmin şəhərlərdə enerji təhlükəsizliyinə , Azərbaycanın geosiyasi və geostrateji roluna dair bir sıra tədbirlərdə iştirak edib. E.Nuriyevin sözlərinə görə, Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq xarici siyasətdə iri addımlarla irəliləməsi, Cənubi Qafqazda lider ölkəyə çevrilməsi "dəyirmi masa"larda iştirak edən amerikalı ekspertlər tərəfindən yüksək qiymətləndirilib. "Amerikalı ekspertlər Obama administrasiyasına Azərbaycanın xarici siyasətinə ciddi yanaşmağı tövsiyyə edib. Hətta ekspertlər Obamaya təklif edirlər ki, Azərbaycana səfər etsin və vəziyyətlə yerində tanış olsun" - deyə Elxan Nuriyev bildirib. Elxan Nuriyevin sözlərinə görə, dəyirmi masalarda Azərbaycanın geosiyasi və geostrateci rolundan danışan amerikalı ekspertlər 907-ci düzəlişlə bağlı fikirlərini də bölüşüblər: "907-ci düzəlişlə bağlı ekspertlər eyni fikirlər səsləndirdilər. Onlar ümumiyyətlə bu düzəlişin məntiqsiz olduğunu vurğuladılar". E.Nuriyev həmçinin bildirib ki, xarici ekspertlər hesab edir ki, bu gün Azərbaycan regionda yalnız iqtisadi inkişafına görə yox, geosiyasi və geostrateji imkanlarına görə liderdir: "Əgər bir neçə il əvvəl Azərbaycan regionda yalnız iqtisadiyyatda lider idisə, artıq Bakını regionun siyasi-iqtisadi lideri kimi qəbul edirlər. Görüşlərdə tez-tez vurğulanılırdı ki, Azərbaycandakı sabitlik ölkənin inkişafını daha da sürətləndirir. Azərbaycan ABŞ-la da, Rusiya ilə də, İranla da münasibətlərini balanslı şəkildə davam etdirir və bir neçə il əvvəllərlə müqayisədə bu gün Amerika kimi nəhəng bir ölkə Azərbaycanla hesablaşır". Esmira Cavadova /ANS Press/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar