SON XƏBƏRLƏR

AZƏRBAYCANLI TƏLƏBƏLƏR XATƏMİNİ RUHANİ LİBASINDAN MƏHRUM ETMƏYƏ ÇAĞIRIR

2021.10.20, 07:36
AZƏRBAYCANLI TƏLƏBƏLƏR XATƏMİNİ RUHANİ LİBASINDAN MƏHRUM ETMƏYƏ ÇAĞIRIR

Gunaz.tv
Tehran Universitetində təhsil alan azərbaycanlı tələbələr mayın 24-də aksiya keçirərək keçmiş prezident Məhəmməd Xatəmini azərbaycanlılardan üzr istəməyə çağırıblar. Bir neçə gün əvvəl internetdə yayılan videosüjetdə M. Xatəminin bir sıra digər ruhanilərlə birlikdə azərbaycanlılara lətifə qoşub istehza etməsi Güney Azərbaycanın müxtəlif şəhərlərində geniş etirazlara səbəb olub. əllərində yazılı plakatlar gəzdirən tələbələr rəsmilərin azərbaycanlılara təhqiramiz lətifə qoşmasına, hökumətin isə buna laqeyd qalmasına etiraz bildirərək həm keçmiş prezidentə, həm də hazırkı prezident Mahmud Əhmədinejada qarşı şüarlar səsləndiriblər. Tələbələrin verdiyi şüarlar bunlar olub: “Mənim dilim ölən deyil, başqa dilə dönən deyil”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan ölməyib, öz dilindən dönməyib”, “Bu populist, hiyləgər seyidə (Xatəmi) ar olsun”, “Xatəmi, Xatəmi, xəcalət, xəcalət”. Aksiyanın sonunda tələbələr bəyanat yayaraq M.Xatəminin televiziyada Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməsini, onun ruhani libasından məhrum edilməsini və məhkəmədə cəzalandırılmasını tələb ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar