SON XƏBƏRLƏR

Moskva Şimali Koreyanın addımlarına sərt reaksiya verdi

2021.10.20, 07:36
Moskva Şimali Koreyanın addımlarına sərt reaksiya verdi

Gunaz.tv
Rusiya prezidentinin sözçüsü: «Pxenyan Şimali-Şərqi Asiyadakı sabitliyi ciddi şəkildə pozur» Rusiya Şimali Koreyanın keçirdiyi nüvə silahı sınaqlarını tənqid edir və bunu BMT Təhlükəsizlik Şurası qətnaməsinin pozulması kimi dəyərləndirir. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən yaydığı məlumata görə, bunu jurnalistlər qarşısında çıxış edən Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova deyib. Onun sözlərinə görə, sınağı həyata keçirənlər nüvə silahının yayılmaması rejiminin pozulduğuna görə bilavasitə məsuliyyət daşıyırlar. "Şimali Koreya tərəfindən Rusiya ərazisinə yaxın bölgədə nüvə silahı sınağının keçirilməsi ciddi narahatlıq doğurur", - deyə Timakova vurğulayıb. Rusiya prezidentinin sözçüsü qeyd edib ki, Pxenyan Şimali-Şərqi Asiyadakı sabitliyi ciddi şəkildə pozur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar