SON XƏBƏRLƏR

İranın nüvə fəaliyyətini dayandırması müzakirə mövzusu deyil

2021.10.20, 07:36
İranın nüvə fəaliyyətini dayandırması müzakirə mövzusu deyil

Gunaz.tv
İranın nüvə məsələsi yenidən gündəmdədir. Rəsmi Tehran nüvə fəaliyyətini dayandırmaq barədə heç bir danışıqlar aparmayacağını bəyan edib. Bark Obamanı BMT-də debata dəvət edən prezident Mahmud Əhmədinecat ölkəsinin Şimali Koreyayla nüvə silahı məsələsində heç bir əməkdaşlığı olmadığını bildirib. Rəsmi Vaşinqtonun İranı nüvə maraqlarından əl çəkməyə diplomatik yolla vadar etmək istəyi sual altına düşüb. Beləki, İran nüvə danışıqlarının hansı istiqamətdə ola biləcəyinə nöqtə qoyub. Prezident Mahmud Əhmədinecat nüvə fəaliyyətinin dondurulması və ya dayandırılması barədə heç bir dialoqun mümkün olmadığını bəyan edib. İran prezidenti ölkəsinin nüvə məsələsinin müzakirəsinin yalnız Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik çərçivəsində mümkün olduğun bildirib. O, belə bir durumun agentlikdən kənarda aparılmayacağını qeyd edib. İranın Şimali Koreyayla nüvə silahı sahəsində heç bir əlaqəsi olmadığını deyən Mahmud Əhmədinecat kütləvi qırğın silahlarının insanlığa qarşı olduğunu bildirib. Mahmud Əhmədinecat amerikalı həmkarı Barak Obamaya BMT çərçivəsində debat keçirməyi də təklif edib. O, yenidən prezident seçiləcəyi təqdirdə, Barak Obamayla beynəlxalq, regional problemləri müzakirə etməyə və dünyada sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Daha öncə İran prezidenti belə təklifi Corc Buşa da ünvanlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar