SON XƏBƏRLƏR

BMT Şimali Koreyanın nüvə sınağını pisləyib

2021.10.20, 07:36
BMT Şimali Koreyanın nüvə sınağını pisləyib

Gunaz.tv
Vitali Çurkin BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınağını yekdilliklə pisləyib. Təhlükəsizlik Şurası bu sınağı BMT qətnamələrinin açıq pozulması kimi səciyyələndirib. Nüvə sınağının pislənməsinə Şimali Koreyanın ənənəvi müttəfiqləri Rusiya və Çin qoşulublar. BMT-nin Təhlükəsizlik Şurası bu addımını Şimali Koreya nüvə cihazı partlayışını həyata keçirdiyini təsdiq edəndən 24 saatdan az sonra atıb. Şimali Koreyanın sınadığı nüvə cihazı onun 2006-cı ildə sınadığı cihazından daha qəvvətlidir. Təhlükəsizlik Şurasının sədri, Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin deyib ki, diplomatlar dərhal yeni qətnamə üzərində işə başlayıblar. Amerikanın BMT-dəki nümayəndəsi Suzan Rays deyib ki, Amerika daha kəskin tədbirləri nəzərdə tutan qətnamənin qəbul edilməsini istəyir. Fransanın BMT-dəki nümayəndəsi Jan-Pyer Lakrua deyib ki, qətnamənin tərtibatı zamanı onun mətninə Şimali Koreyaya qarşı yeni sanksiyaların qəbul edilməsi daxil edilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar