SON XƏBƏRLƏR

Ermənilər işğal altındakı ərazilərə od vurublar

2021.10.20, 07:36
Ermənilər işğal altındakı ərazilərə od vurublar

Gunaz.tv
Ağdamın işğal altındakı Güllücə kəndində törədilən yanğının tüstüsü 20 km aralıdan görünür Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yenidən yanğınlar törətməyə başlayıblar. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu gün səhər saatlarında ermənilər Ağdamın işğal altındakı Güllücə kəndi ərazisinə od vurublar. Yanğın nəticəsində meydana gələn qatı tüstünü hətta 15-20 km aralıda da müşahidə etmək mümkündür. Qeyd edək ki, Güllücə kəndi Ağdamın ən böyük yaşayış sahələrindən biri olub. Qeyd edək ki, orada əvvəllər üzüm sahələri yerləşib. Tüstü həmin sahələrin yerləşdiyi ərazidə müşahidə edilir. Yanğın bu saatlara kimi davam edir. Şahin Rzayev /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar