SON XƏBƏRLƏR

TƏBRİZİN SƏSİNƏ URMU DA SƏS VERDİ.Aksiyadan Video kılip

2021.10.20, 07:36
TƏBRİZİN SƏSİNƏ URMU DA SƏS VERDİ.Aksiyadan Video kılip

Gunaz.tv
May ayının 23 –də Güney Azərbaycanın Urmu şəhərində milli fəallar tərəfindən keçirilməsi planlaşdırılan etiraz aksiyası baş tutub. Saat 17.00-də başlanan aksiya iştirakçıları İmam, Ətayi və Mədəni xiyabanlarından irəliləyərək M.Musəvinin seçki qərargahının qarşısında toplaşıblar. Bütün küçələr rejimin polis qüvvələri və motosikletçilərlə mühasirəyə alınıb və bağlanıb. 17.30-da Musəvinin seçki qərargahının qapıları açılıb. Bu zaman 30 nəfər azərbaycanlı gənc fəal qərargaha girərək öz etirazlarını bildiriblər. Bu zaman qərargahın qarşısında 50 nəfərdən çox insan olub. Saat 18.00-də aksiya iştirakçılarının sayı 100 nəfər, saat 18.30-da 150 nəfərə çatıb. Iştirakçıların əksəriyyəti tələbələr olub. Urmudakı bugünki aksiyada tələbə qızlar da iştirak ediblər. Urmu Universitetinin tələbəsi , Azərbaycanın millətçi xanımı Saray xanım xüsusi fəallıqla seçilib. Musəvinin adamlarından bir qadın aksiyada şüar verən gənclərin üzlərini mobil telefonla çəkdiyi zaman Saray xanım onun əlindən telefonu alıb yerə çırpıb. Aksiya iştirakçıları onun bu cəsarətini “Yaşasın Saray xanım” şüarı ilə alqışlayıblar. Aksiya iştirakçıları “Yaşasın Azərbaycan!”, “Haray, haray, mən türkəm!”, “Xatəmiyə ar olsun!” şüarını səsləndiriblər. Onlar Ətayi küçəsinə irəliləmək istəyərkən polisin müqaviməti ilə qarşılaşıblar. Ettelaat məmurları deyiblər ki, əgər Ətayi küçəsinə getsəniz, sizi qıracağıq. Saat 18.50-də aksiya iştirakçılarının sayı qrtıq 800-ə çatıb. Aksiya iştirakçılarının “Durub baxan biqeyrət!” şüarından sonra kənardan baxan insanlar da onlara qoşulublar. Saat 19.10 aksiya iştirakçıları yenidən Ətayi küçəsinə getməyə cəhd göstəriblər. Lakin, polis qüvvələri dəyənəklə insanları döyərək yenidən qərargahın qarşısına qaytarıblar. Bu zaman tələbələr “And olsun Səttarxana, od vurarıq Tehrana!” şüarını səsləndiriblər. Saat 19.20-də aksiya iştirakçıları mədəni şəkildə etirazlarını bildirdikləri halda dəyənəkli polislər və motosikletçilər adamlara hücum edərək , vəhşicəsinə hərəkətləri ilə onların arasına vahimə salmaga çalışıblar. Milli fəalların verdiyi məlumatlara görə, iki motosikletşi bir azərbaycanlı gəncin qollarından tutub yerlə o qədər sürüyüblər ki, onun kürəyi qan içindəymiş. Hazırda həmin yaralı fəal Ərteşin Carçıbaşı məhəlləsində yerləşən “Arefian” xəstəxanasındadır. Aksiya zamanı başından xəsarət alanlar çox olub. Həbs olunanlar arasında Yusuf Dəstan, Fərşid Ədli də var. Həbs edilənlərin Urmu 9 pelə Niruye intizamə Həps xanasında Göz altında saxlanıqları bildirilir “Haray, haray, mən türkəm!” “And olsun Səttarxana, od vurarıq Tehrana!” “Ya Ya Ya Şa Şa Şa Azərbaycan çox Yaşa!” GAİP ARAŞDIRMA VƏ İNFORMASİYA MƏRKƏZİ video gorüntünü burdan izləyəbilərsiniz http://www.gaip.biz/index.php?option=com_content&task=view&id=1740&Itemid=1

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar