SON XƏBƏRLƏR

Şimali Koreya nüvə silahı ilə yanaşı yaxın məsafəli raketi sınaqdan keçirib

2021.10.20, 07:36
Şimali Koreya nüvə silahı ilə yanaşı yaxın məsafəli raketi sınaqdan keçirib

Gunaz.tv
Raketin sınağı nüvə sınağından bir neçə saat sonra baş tutub Şimali Koreya bu gün yaxın məsafəli raketin sınağını həyata keçirib. “Reuters” agentliyinin yerli kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, raketin sınağı nüvə sınağından bir neçə saat sonra baş tutub. Əlavə məlumat verilməyib. Xatırladaq ki, bu gün səhər Koreya Xalq Demokratik Respublikası yeraltı nüvə silahı sınağı həyata keçirib. Bu barədə Cənubi Koreyanın “Renxap” informasiya agentliyi hakim partiyanın nümayəndələrinə istinadən məlumat yayıb. Koreya Respublikasının Meteoxidməti Bakı vaxtı ilə saat 5.54-də 4,5 bal gücündə “süni zəlzələ” qeydə alıb. Bu isə onu deməyə əsas verir ki, Pxenyan nüvə sınağı həyata keçirib. Koreyanın özünün dövlət informasiya agentliyi də nüvə silahı sınağının həyata keçirildiyini təsdiqləyb. Cənubi Koreyanın prezidenti Li Men Bak isə baş vermiş hadisəni müzakirə etmək və cavab addımları atmaq üçün hökumətin növbədənkənar iclasını çağırıb. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar