SON XƏBƏRLƏR

22 May hadisələrinin üçüncü ildönümü İsveçrədə anıldı

2021.10.20, 07:36
22 May hadisələrinin üçüncü ildönümü İsveçrədə anıldı

Gunaz.tv
Artıq bildiyiniz kimi 2006 ci il 22 may Güney Azərbaycanda Azərbaycan türklərinin fars şovinizmə etiraz günüdür. “İran” qəzetinin türkləri təhqir etməsindən sonra milyonlarla insan küçələrə çıxaraq,öz milli kimlərinə sahib çıxmaq üçün mitinqlər təşkil etdilər. Bu hadisədə yüzlərlə insanlarımız şəhid və həbs edildi. Təəssüflər olsun ki,bu gün həmin siyasət daha da aqressiv formada davam etməkdədir. Hər il olduğu kimi bu ildə təkcə Güney Azərbaycanda yox,dünyanın müxtəlif yerlərində hadisələrin anma günü keçirildi və tədbirlər davam etməkdədir. Bu tədbirlərin əsas şüarı İran hökümətinin azərbaycan türklərinə qarşı yürütdüyü siyasəti ifşa etmək,elmi konfranslar təşkil etmək və tədbirlərlə beynelxalq təşkilatların diqqətini hadisələrə yönəldirlər. 22 may hadisələrinin anma günü Almaniyada,Amerikada,İsvecde,Norvecdə,Türkiyədə,Danimarka və s ölkələrdə keçirildi. Belə tədbirlərdən biridə xüsusi ilə insan haqqlarının qoruyan və beynelxalq insan hüqüqlarını qoruyan təşkilatların mərkəzlərinin yerləşdiyi İsvecrədə dövlətində keçirildi. Bu haqda məlumatı Bakı Strateji Araşdırmalar Mərkəzinə verən İsvecrə-Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Rəhim Sulduzlu verib. Rəhim bəy qeyd edib ki,tədbir İsveçrənin Sürix şəhərində keçirildi. Tədbir insanların çoxluq təşkil etdiyi yerdə keçirilib. Dünya Azərbaycanlıları Konqresi İsveçrə Nümayəndəsi Araz Nəsimi isə bildirib ki,tədbir əsasən insanların çox istifadə etdiyi məkanda və çadır qurulmaqla insanların diqqətini bu hadisələrə yönəldiblər. Tədbirdə güney və qüzey azərbaycandan olan soydaşlarımızda fəal iştirak ediblər.Hadisələri əks etdirən və müxtəlif dillərə tərcümə edilən plakatlar asılmaqla əcnəbi insanlara çatdırıblar. Aksiyada iştirak edən hadisələr zamanı gözlərini itirən hal-hazırda Isveçrədə sürgün həyatı yaşayan Vahid Davarpanah da ishtirak edərək almanca yazılmış "Mənim iki gözümü Iranda hakimiyətnidə olan fars şovinist dövləti kor etdi" yazısını tədbir boyunca əlindən düşməyərək insanlarin diqqətini celb etdi. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar