SON XƏBƏRLƏR

İran 3 ilə kimi nüvə silahı əldə edə bilər

2021.10.20, 07:36
İran 3 ilə kimi nüvə silahı əldə edə bilər

Gunaz.tv
Ballistik raketlərin nüvə başlığı üçün Tehrana 8 il lazımdır İran 1 ildən 3 ilə kimi müddətə nüvə silahı əldə edə bilər. Bu barədə ABŞ silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin sədri Mayk Mallen bildirib. «Bizim çoxumuz bu fikirdəyik ki, hansı mərhələdə olmasından asılı olaraq İrana bir ildən üç ilə qədər vaxt lazımdır»,- deyə o, Amerikanın ABC teleşirkətinə müsahibəsində bildirib. Teleşirkət qeyd edir ki, hələ bu ilin mart ayında M.Mallen bildirmişdi ki, İran atom bombası üçün lazım olan uran miqdarını 2010-cu və 2015-ci illər arasında əldə edə bilər. Qeyd edək ki, bu yaxınlarda «Şərq-Qərb» Rusiya-Amerika araşdırma institutu bildirmişdi ki, Tehran sadə nüvə qurğusunu 1-3 ilə əldə edə bilər. Amma ballistik raketlərin nüvə başlığı üçün Tehrana 6 ildən 8 ilə kimi vaxt lazımdır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar