SON XƏBƏRLƏR

Urmiya türkləri etiraz aksiyası keçiriblər

2021.10.20, 07:36
Urmiya türkləri etiraz aksiyası keçiriblər

Gunaz.tv
Dünən 22 may hadislərinin ildönümü ilə bağlı Cənubi Azrbaycanın Urmiya şəhərində etiraz aksiyası keçirilib. Güneydəki mənbələrdən RİA-ya verilən məlumata görə, aksiyada 1000 nəfərə yaxın adam iştirak edib. Saat 17.00-də başlanan aksiya iştirakçıları İmam, Ətayi və Mədəni xiyabanlarından irəliləyərək M.Musəvinin seçki qərargahının qarşısında toplaşıblar. Bütün küçələr rejimin polis qüvvələri və motosikletçilərlə mühasirəyə alınıb. 17.30-da Musəvinin seçki qərargahının qapıları açılıb. Bu zaman 30 nəfər azərbaycanlı gənc fəal qərargaha girərək öz etirazlarını bildiriblər. Aksiyada “Yaşasın Azərbaycan!”, “Haray, haray, mən türkəm!”, “Xatəmiyə ar olsun!”, “And olsun Səttarxana, od vurarıq Tehrana!” şüarlarını səsləndiriblər. Onlar Ətayi küçəsinə irəliləmək istəyərkən polisin müqaviməti ilə qarşılaşıblar. Motesikletçi polislər aksiya iştirakçılarına hücum ediblər. Qarşıdurma zamanı bir neçə nəfər yaralanıb, bir neçə nəfər həbs edilib.ria

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar