SON XƏBƏRLƏR

Borçalı türkləri Təşkilatlanır

2021.10.20, 07:36
Borçalı türkləri Təşkilatlanır

Gunaz.tv
Bu gün(24 may) Xudafərin şadlıq Evində Borçalı İçtimai Birliyinin təşkilatçılığı ilə qurumun nəzdində fəaliyyət göstərən tanınmış elm xadımı,professor Camal Mustafayevin adını daşıyan Dədə Camal Məclisi ilk bədii-mədəni tədbirini keçirdi. Tədbirdə Borçalının tanınmış içtimai-elm mədəniyyət xadimləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Borçalı İçtimai Birliyi sədri Zəlimxan Məmmədli açaraq tədbir iştirakçılarının salamladıqdan sonra Borçalı İçtimai Birliyinin bir ay ərzində gördükləri işlər haqqında hesabat xarakterli məlumat verdikdən sonra,borçalı türklərinin son vaxtlar təşkilatlanmasında danışaraq,bunun Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına təkan verəcəyini qeyd edərək, bu gün gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları ölkənin içtimai-siyasi və mədəni-sosial həyatına inteqrasıyanın vacibliyini dilə gətirdi. Borçalı İçtimai Birliyinin son bir az ərzində fəaliyyətində canlanma müşahidə olunduğunu və xüsusi ilə gənclərin və ziyaların arasında gözəl bir vəhdətinində belə bir tədbirin ortaya çıxmasını söylədi. Sonra tədbiri aparmaq üçün Dədə Camal Məclisinin sədri,folklorşunas Elxan Məmmədliyə verildi. Elxan bəy borçalının tarixindən söhbət açaraq və borçalının milli ruhunun onun sazında,sözündə və mənəvi dünyasında olduğunu qeyd edərək,məhz tanınmış elm xadimi Camal Mustafayevin adını daşımasınında bu amillə bağlıdır.Borçalı İçtimai Birliyinin qarşısında qoyduğu əsas məsələlərdən biridə adlları dəyişdirilmiş toponimlərin öz adlarına qaytarılmasını tarixi ədalətsizliyin bərpası kimi qeyd etdi. Sonra söz Dədə Camal verildi. Dədə Camal ilk öncə tədbir iştirakçılarının təşəkkürünü etdikdən sonra,borçalının probemlinin təkcə Azərbaycanın yox türk dünyasının problemi olduğunu qeyd edərək,Borçalı İçtimai Birliyinin gördüyü işləri alqışladığını və Türk dünyasının birliyini getdikcə sürətləndiyini bildirdi. Sonra tədbirdə tanınmış akademik və professorlar Budaq Budaqov, Seyfəddin Altaylı,Həsən Mirzəyev,Abbas Abdualla, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı çıxış edərək belə tədbirlərin müntəzəm olaraq keçirilməsini alqışladıqlarını bildirdilər. Xüsusi ilə Azərbaycan-Gürcüstan arasındaki siyasi-iqtisadi və mədəni əlaqələrin dinamik formada inkişaf etdiyini və gün bu əlaqələrə daha da təkan vermək üçün iki xalq arasında bu cürnə tədbirlər əlaqələrə əlavə impuls verəcəyini tədbir iştarkçlarının nəzərinə çatdırdılar. Tədbirin bədii hissəsi gözəl hissələrlə davam edirdi. Azərbaycan akademik və Opera Baletik solisti Mütəllim Dəmir,tanınmış aşıq,əməkdar inçəsənət xadimi Aşıq Mahmud,Gülarə Azaflı,aşıq Nemət öz gözəl səsləri ilə insanları əsl milli ruh və ab hava yaşatdılar. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar