SON XƏBƏRLƏR

MEHRİBAN ƏLİYEVA PREZİDENT İLHAM ƏLİYEVDƏN DANIŞIB: “ELƏ HALLAR OLUR Kİ, BİZİM BAXIŞLARIMIZ TUTUŞMUR”

2021.10.20, 07:36
MEHRİBAN ƏLİYEVA PREZİDENT İLHAM ƏLİYEVDƏN DANIŞIB: “ELƏ HALLAR OLUR Kİ, BİZİM BAXIŞLARIMIZ TUTUŞMUR”

Gunaz.tv
Prezident İlham Əliyevin həyat yoldaşı, Milli Məclisin deputatı Mehriban Əliyeva Moskvada çıxan “Bakı” jurnalına müsahibə verib. “Azadlıq” radiosunun məlumatına görə, M.Əliyeva deyib ki, müsahibədə ölkənin birinci xanımı olmaq asan deyil: “Tədricən kameralara, sənə zillənən baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən. Ölkə prezidentinin həyat yoldaşı olmaq məsuliyyətli, çətin işdir. Sən yalnızca özünü və ailəni yox, həm də haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər, davranış hamısı yerində olmalıdır”. M.Əliyeva həyat yoldaşı ilə mübahisə etmədiyini vurğulayıb: “Ailə həyatındakı çoxillik təcrübəm mənə göstərib ki, İlham hər hansı problemi düzgün qiymətləndirə və nəticəni əvvəlcədən görə bilir. Mən onun məsləhətlərini dinləyirəm, amma öz intiusiyama da güvənirəm. Əlbəttə, elə hallar olur ki, bizim baxışlarımız tutuşmur. Amma bu, mübahisə üçün səbəb ola bilməz. Biz artıq çoxdan bir-birimizə hörmət etməyə öyrəşmişik». Ölkənin birinci xanımı deyib ki, son 10 ildə onu ən çox heyrətləndirən oğludur. M.Əliyeva oğlunun öz qeyri-adi düşüncəsi, uşaqlara məxsus olmayan müdrikliyi, dünya haqqında fəlsəfi fikirləri ilə onu heyran etdiyini deyib: “Adama bəzən elə gəlir ki, 11 yaşlı bu balaca oğlanın çiyinlərində böyük bir həyat təcrübəsi var. Məqsədyönlülük və daxili özünü idarəetməsi ilə o öz babası Heydər Əliyevə bənzəyir. O həm də təmkini və səmimiliyi ilə də babasını xatırladır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar