SON XƏBƏRLƏR

Urmuda keçiriləcək etiraz aksiyasına rejim mane olmağa çalışır

2021.10.20, 07:36
Urmuda keçiriləcək etiraz aksiyasına rejim mane olmağa çalışır

Gunaz.tv
Bu gün Güney Azərbaycanın qərb bölgəsində yerləşən Urmu şəhərində milli fəallar tərəfindən elan edilən etiraz aksiyanın başlayacağı vaxt yaxınlaşdıqca fars faşist rejiminin polis məmurları nəzarəti daha da gücləndirirlər. Aksiyanın qarşısının alınması üçün Urmu şəhərinin mərkəzi küçələri ciddi nəzarət altındadır. Ətayi küçəsində yerləşən Hotel Rza və Cənubi Xəyyam adı ilə tanınan küçədə yerləşən Saderat Bankı ətrafında quraşdırılan kameralar vasitəsi ilə rejimin Ettelaat məmurları əhalinin gediş-gəlişinə nəzarət edirlər. GAİP-in Urmu müxbirinin verdiyi məlumata görə, rejimin xüsusi təyinatlı polis quvvələri zirehli maşınlar və motosikletlərlə şəhərin Ətayi və İmam küçələrində manevr edirlər . Sərdar məscidində isə 750 nəfər xüsusi təyinatlı polis quvvəsi yerləşdirilib. Həmçinin Hotel Rzanın avtomobil dayanacağında (parkinq) da polis quvvələrinin olduğu bəlli olub. Bundan əlavə polis və ettelaat məmurları mülki formada küçələrdə gəzir və şubhəli hesab etdikləri şəxsləri saxlayaraq onların üzərində yoxlama aparırlar. Urmuda keçiriləcək aksıyaların qarşısını almaq məqsədi rejim digər bölgələrdən, o cümlədən Soyuqbulaqdan , Salmasdan daha 1000 nəfərdən cox əlavə xüsusitəyinatlı quvvə gətirib. Bütün bu hadisələrlə bağlı daha ətraflı məlumat göndərilicəkdir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar