SON XƏBƏRLƏR

Gürcülərə qarşı erməni soyqırımı

2021.10.20, 07:36
Gürcülərə qarşı erməni soyqırımı

Gunaz.tv
Ən yeni tarixin qanlı səhifələri "Baqramyan" batalyonunun hər bir üzvünə bir gürcünü öldürməsinə görə 100 dollar verilirdi. Vəsaiti verməmişdən əvvəl dəlil-sübut kimi öldürülmüş gürcünün burun və qulağının hökmən kəsilib göstərilməsi vacib şərt hesab edilirdi. Son vaxtlar gürcü mətbuatında ermənilərin dolayı yolla Gürcüstanın pravoslav kilsələrinə də sahib olmaq cəhdləri, "Pələng dərisi geymiş pəhləvan" eposunun erməni şairi tərəfindən yazılması iddiaları, habelə Cavaxetiya bölgəsində iğtişaşlar salmaq, milli zəmində münaqişə yaratmaq niyyətlərinə geniş yer ayrılır. Gürcü ziyalıları, tarixçiləri, alimləri daha susmaq istə-mir və er-mənilərin Gürcüstana qarşı məkrli siyasətini, xüsusən Abxaziyada "Baqramyan" adlı batalyonun gürcülərə qarşı törətdiyi ci-na-yətin, vəhşiliyin dünya ictimaiyyətinə çatdırmağın vaxtı olduğunu söyləyirlər. "Kviris palitra" ("Həftənin palitrası") qəzeti 21-27 avqust 1993-cü il sayında "Baqramyanlar" gürcülərə qarşı əsrin cinayətini həyata keçirmişlər" sərlövhəli məqalədə ermənişünas Bondo Arveladzenin müsahibəsini dərc etmişdir. Məqaləni ixtisarla nəzərinizə çatdırırıq. - Abxaziya müharibəsində "Baqramyan" batalyonu gürcü və er-məni dostluq münasibətlərinə xəyanət damğası vurmuşdur. Mən rəsmi Ermənistana və onların mənəvi ataları katolikos II Qareginə məktubla müraciət edib ermənilərin Abxaziyada törətdikləri vəhşiliyə görə gürcü xalqından üzr istəmələrini tələb etmişəm. Ancaq bu hadisələrdən 13 il keçsə də, rəsmi Ermənistan bir dəfə də olsun bu hadisələrə nə siyasi qiymət vermiş, nə də erməni ziyalıları öz münasibətlərini açıq söyləmişlər. Əgər gürcü ziyalıları bu günə kimi ermənilərlə ehtiyatla dav-ra-nır-dılarsa, artıq onlar faktlara söykənərək "Baqramyan" batalyonunun törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün bu hadisələri əks etdirən fotoşəkillər, şahidlərin ifa-dələri, videoçəkilişlər və əldə olunmuş sənədlər əsasında gürcü-ingilis dillərində kitabın nəşrinə başlamaq təşəbbüsünü irəli sürmüşlər. Erməni katolikosu II Qaregin gürcülərə məxsus pravoslav kilsələrini "qriqoryanlaşdırmaq" üçün Gürcüstana rəsmi səfər edib məsələnin həllini mü-zakirə obyektinə çevirmək niyyətindədir. Ermənilər məsələni qabartmaq üçün əvvəlcə öz güc-lü diasporlarının köməyi ilə dünya ictimaiyyətinin nəzərinə çatdırır, digər tərəfdən beynəlxalq təşkilatların da dəstəyinə arxalanaraq "siyasi kursunu" bu istiqamətə yönəldir. Kitabın nəşri xəbəri isə erməniləri şok vəziyyətinə salmışdır. Bütün Gürcüstan əhli yaxşı bilir ki, Abxaziya müharibəsində ermənilər gürcülərə qarşı mübarizə aparmışlar. Ələlxüsus, bu müharibədə ermənilərin "Baqramyan" batalyonunun dinc gür-cü sakinlərinə verdiyi işgəncələr öz vəhşiliyi ilə seçilirdi. Gürcü xalqı heç vaxt ermənilərə Abxaziyada onlara qarşı törətdikləri cinayəti bağışlamayacaq. Ermənilər dünyaya car çəkirlər ki, guya genosidə məruz qalmışlar. Bəs, ermənilərin dinc gürcü sakinlərə qarşı törətdikləri cinayət genosid deyilmi? Mənim əlimdə konkret dəlillər var. Bütün bu faktlar - fotolar, video-çəkilişlər hələlik məxfi saxlanılır. Lakin kitab çap olunduqdan sonra ictimaiyyətə hər şey bəlli olacaq. Bundan əlavə, müharibədə sağ qalmış adamlarımız var, onların şahid kimi ifadələri də bizim üçün çox önəmlidir. Sual oluna bilər ki, niyə ermənilər belə hərəkətlərə yol vermişlər? Deyə bilərəm ki, ermənilər canfəşanlıqla iddia edirlər ki, Abxaziya onları buna təhrik etmişdir. Ancaq belə deyil. Onların fikri Abxaziyadan gürcüləri, habelə abxaz-ları da çıxarmaqdır. Bu onların "Böyük Ermənistan" xülyalarının tərkib hissəsidir. Ermənilər öz mətbuatlarında fəxrlə yazırlar ki, soydaşlarının Abxaziyada 15 milli qəhrəmanı var. Deyərdim ki, onların 15-i də məhz "Baqramyan" batalyonunun cəza dəstələrinin üzvləridir. Biz gürcülər təhqir edilmişik, ancaq biz hər şeyi bilirik və ermənilərin bu əməllərini heç vaxt bağışlamayacağıq. Serqo Sajaya (Gürcüstan Yazıçıları Yaradıcılıq Birliyinin və Abxaziya Akademiyasının üzvü): - "Baqramyan" batalyonunun yaradılması onilliklərdən bə-ri ermənilərin bizə qarşı apardığı düşmənçilik siyasətinin tər-kib his-səsidir. Ermənilərin gürcülərə qarşı apardığı aqressiv mübarizənin tarixi çox dərindir. Biz onları himayə etdik, qayğı göstərdik və torpaq payladıq, nəticədə isə ermənilər təşkilatlanıb bizə xəyanət etdilər. Ermənilər Abxaziyada XIX əsrin ikinci yarısında məskunlaşıblar. Əvvəlcə, onlara kənd təsərrüfatının inkişafı məqsədi ilə Abxaziyanın ərazisində tütün sahəsi həvalə olundu. Ermənilər tütün plantasiyalarını məhv edib, tut ağacları əkdilər ki, indi də ipəkçiliklə məşğul olacağıq. Daha sonra bu sahələrə ayrılmış tor-paqları da özəlləşdirib, payçı oldular. Beləliklə, həmin tor-paq sahələrini ələ keçirdilər. Bir sözlə, ermənilər yerli sakinləri döv-rəyə alıb, yerli məmurların köməyi ilə torpaq sahələrini böyütməyə müvəffəq oldular. Sizə bir əhvalat da danışmaq istərdim. Moskvaya gedən "İrəvan-Moskva" qatarında bir erməniylə tanış oldum. O, elə bildi ki, mən yunanam. Bir qədər konyak içdikdən sonra dili açıldı. Söylədi ki, "vaxt gələcək ki, bütün Abxaz torpaqları ermənilərin olacaq. Bura "Böyük Ermənistan"ın tərkib hissəsidir". Təsəvvür edin ki, bu söhbət keçən əsrin 70-ci illərində olmuşdur. Həmin qatarda isə bizə bu sözləri söyləyən məhz Baqramyanın özü olmuşdur. Belə ki, ermənilərin Abxaziyada etnik təmizləmə siyasətini Rusiya-Ermənistan əməkdaşlığının strategiyası hesab etmək olar. Abxaziya müharibəsində ermənilər yalnız gürcüləri oğurlayıb meşədə qətlə yetirirdi. Mənim isə gürcü dilində olan böyük bir kitabxanamı gözümün qabağında od vurub yandırdılar. "Baqramyan" batalyonunun cəza dəstələri xüsusi qəddarlıqla gürcüləri qətlə yetirirdilər. Bizdə olan məlumatlara görə, onlar əsir düşmüş gürcüləri meşəyə aparıb ağacdan asaraq başına torba keçirib, od vurub yandırırdılar. Erməni ailəsinə pənah gətirmiş gürcü xanımlarını cəza dəstələrinə satır, öz qapı qonşularına belə xəyanət edirdilər. Gürcü qadınlarını zorlayır, sonra isə bütün batalyonun ixtiyarına ötürürdülər. Professor Nodar Natadze: - Ermənilərin cinayəti hamımıza bəllidir. Müharibə bitdikdən sonra belə ermənilər öz əməllərindən yenə əl çəkmirdilər. Gürcü partizanlar söyləyirlər ki, bir gün ərazidə onların əlinə bir əsir düşdü. Erməni olduğu üçün onu azad etmək istəyiblər. Sonradan partizanların diqqətini onun boynundan asılmış torba cəlb edib. Torbanı açanda dəhşətə gəliblər. Torba insan burnu, qulağı və gözləri ilə dolu idi. Sonrakı araşdırmalardan bəlli olub ki, "Baqramyan" batalyonunun hər bir üzvünə bir gürcünü öldürməsinə görə 100 dollar verirlərmiş. Vəsaiti verməmişdən əvvəl dəlil-sübut kimi öldürülmüş gürcünün burun və qulağının hökmən kəsilib göstərilməsi vacib şərt hesab edilirmiş. Şahid German Beseliya: - Mən kəndimizdə ermənilərin 67 gürcü sakinini necə öldürməsini öz gözümlə görmüşəm. Ermənilər kəndə girib dinc sakinlərə avtomat silahdan atəş açıb, sözün əsl mənasında biçməyə başladılar. Qonşumuz olan bir xanım özünü bir təhər ot tayasında gizlədə bildi. Onlar bunu görüb tayaya od vurdular, qadın otun arasından çıxa bilməyib yanıb külə döndü. Başqa bir qoca qadının isə başını balta ilə iki yerə partlatdılar. Bütün bu hadisələr kəndin sakinlərinin gözü qarşısında baş verdi. Ermənilər isə batalyon üzvlərinin cəza tədbirlərini uzaqdan seyr edirdilər. ...Məqalədə təsvir olunan səhnələr bizlərə tanış deyilmi? Göründüyü kimi, yaşadığı məkan və zamandan asılı olmayaraq bütün ermənilərin xisləti belədir. Nəriman Əliyev, tədqiqatçı-jurnalist P.S. Gürcüstanın Baş Prokurorluğunda ermənilərin "Baqram-yan" batalyonunun cəza əməlləri ilə bağlı 200 cildlik cinayət materialları toplanmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar