SON XƏBƏRLƏR

Türkiyəyə yeni erməni tələsi

2021.10.20, 07:36
Türkiyəyə yeni erməni tələsi

Gunaz.tv
Türkiyədə yaşayan Ermənistan vətəndaşları siyahıya alınacaq Beynəlxalq Qrant Dink Fondu və Heinrich Böll Stifting Dərnəyi Norveçin maliyyə dəstəyilə Türkiyədə yaşayan erməniləri sayacaq. Bu barədə, Türkiyənin kütləvi informasiya vasitələri məlumat yayıb. Avrasiya İşbirliyi Fondunun xarici layihələr üzrə rəhbəri Vaskan Karapetyan Beynəlxalq Qrant Dink Fondu və Heinrich Böll Stifting Dərnəyinin təşkilatçılığıyla həyata keçirilən "Türkiyə-Ermənistan jurnalistlərinin dialoq layihəsi" çərçivəsində Türkiyədən İrəvana gedən media təmsilçilərilə görüşüb. Jurnalistləri həyata keçirilməsi nəzərdə tutulan birgə layihələrlə bağlı məlumatlandıran Vaskan Karapetyan Türkiyədə müxalifətinin təpkisiylə qarşılanan açıqlama ilə çıxış edib. Azər "Bu il Norveç konsulluğunun maliyyə dəstəyilə Türkiyədə yaşayan erməni köçkünlərinin sayının müəyyənləşdirilməsi, eləcə də onların qarşılaşdığı problemlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Türkiyədə, Ermənistandan gələnlərin yaşadığı şəhərlərdə araşdırma aparacağıq". Türkiyənin Milliyyətçi Hərəkat (MHP) və Cümhuriyyət Xalq (CHP) partiyaları bu açıqlamanı baş nazir Rəcəb Tayyib Ərdoğanın növbəti yanlışlığı kimi dəyərləndiriblər. CHP millət vəkili Canan Arıtman bu layihənin baş nazir Ərdoğanın Türkiyədə çalışan Ermənistan vətəndaşlarıyla bağlı açıqlamalarından qaynaqlandığını dilə gətirib: "Baş nazir Türkiyəyə Ermənistandan qaçaq yolla gələn ermənilərdən söz açdı. Ermənistandan gələnlər böyük bir ehtimalla Türkiyədən qanunsuz olaraq çalışırlar. Bütün bunlar aparılan araşdırmaların nəticəsi kimi ortaya çıxarılacaq və Türkiyə əleyhinə yeni mülahizələrə yol açacaqdır". MHP millət vəkili Rəşad Doğru isə ermənilərin "siyahıya alma" layihəsini "Türkiyə üzərində yeni oyunların oynanılması" kimi qiymətləndirib: "Türkiyəyə qarşı yeni təzyiqlər planlaşdırılır. Həyata keçiriləcək araşdırmanı yalnız belə adlandırmaq olar".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar