SON XƏBƏRLƏR

4 ay İran həbsxanasında qalan amerikalı jurnalist ABŞ–a qayıdıb

2021.10.20, 07:36
4 ay İran həbsxanasında qalan amerikalı jurnalist ABŞ–a qayıdıb

Gunaz.tv
32 yaşlı Roksana Saberi ABŞ prezidentinə təşəkkür edib Amerikalı jurnalist Roksana Saberi dörd ay İran həbsxanasında qaldıqdan sonra ABŞ–a qayıdıb. RBC-nın məlumatına görə, o, Vaşınqton aeroportunda jurnalistlərə bildirib ki, ABŞ prezidenti Barak Obamaya, dövlət katibi Hillari Klintona və doğma ştatı olan Şimali Dakota konqresmenlərinə onun azad olması üçün göstərdikləri səylərə görə təşəkkür edib. Qeyd edək ki, 32 yaşlı iran əsilli amerikalı jurnalist 2009-cu il akkreditasiyası olmadan çalışmaq ittihamı ilə yanvar ayında həbs edilb və mayın 11 nədək həbsdə olub. İran rəsmiləri ona qarşı Birləşmiş Ştatlarının xeyrinə casusluq etmək ittihamları irəli sürüb. Onlar Saberinin jurnalist adı altında ABŞ-ın kəşfiyyat agentliklərinə informasiya ötürdüyünü bəyan ediblər. Saberi bu ilin aprelində İran məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Saberinin azad olması üçün ABŞ höküməti, Avropa ölkələri, Yaponiya və hüquq müdafiəçiləri çıxış etdikdən sonra İran ədalət məhkəməsi hökmə yenidən baxıb və cəzanı iki illik şərti caza ilə əvəz edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar