SON XƏBƏRLƏR

İran adlanan yerdə prezidentliyə namizədlər kampaniyaya başlayıblar

2021.10.20, 07:36
İran adlanan yerdə prezidentliyə namizədlər kampaniyaya başlayıblar

Gunaz.tv
Mir Həsən Musəvinin tərəfdarları iqtisadi göstəricilərin zəifləməsinə görə indiki prezident Əhmədinejatı tənqid ediblər İranda 12 iyunda keçiriləcək prezident seçkilərinin dörd namizədi rəsmi olaraq seçki kampaniyalarına başlayıb. İranın hazırki prezidenti Mahmud Əhmədinejad Tehranın cənubunda stadionda toplaşmış minlərlə tərəfdarı qarşısında çıxış edib. Seçiciləri qarşısında çıxışı zamanı prezident ötən dörd il ərzində əldə etdiyi iqtisadi və xarici siyasətdəki uğurlarından danışıb. Əhmədinejad həmçinin islahatçıları, xüsusi olaraq da adını çəkməsə də, Mehdi Kərubini tənqid edib. Bununla eyni zamanda islahatçılardan olan başlıca namizəd Mir Həsən Musəvinin tərəfdarları İran televiziyasının yanındakı Millət parkına toplaşıblar. Onlar televiziyada namizədlərə qarşı dövlət televiziyasının qeyri-obyektiv siyasət aparmasına etirazlarını bildiriblər. İran televiziyasının rəhbəri, İranın ali lideri Ayətullah Əli Xamneyi tərəfindən təyin olunub. Musəvinin televiziya ilə öz platformasını seçicilərə çatdıracağı gözlənilir. Onun televiziya ilə çıxış etməsini tələb edən mitinqdə xanımı Zəhra Rahnavard də iştirak edib. Rahnavard söz, mətbuat və fikir azadlığının olmamasının, həmçinin prezident Əhmədinejadın siyasətinin nəticəsi kimi iqtisadi göstəricilərin aşağı düşməsini islahatçıların yenidən Musəvini prezidentliyə irəli sürməsinə səbəb olduğunu bildirib. Mitinqdə həmçinin keçmiş islahatçı prezident Məhəmməd Xatəmi də olub. Daxildə bəzi sosial və siyasi məhdudiyyətləri götürmək, xarici siyasətdə isə qərblə əlaqələri yumşaltmaq istəyən islahatçılar Əhmədinejadın siyasətindəki uğursuzluqlarlan istifadə etməklə onun seçkilərdə şanslarını zəiflətmək üçün əla imkan görürlər. Cümə namazında İranın görkəmli keçmiş prezidenti Əkbər Haşəmi Rəfsəncani insanları seçkilərdə səs verməyə, İslam inqilabının əsaslarını qorumağa çağırıb. İnsanlar ibadət yerini tərk etdikdən sonra onlara Əhmədinejat və Musəvinin reklam kağızları paylanıb. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar