SON XƏBƏRLƏR

Azərbaycanlı ata: Əhər "Əlihan" adına qarşı çıxdığına görə öz vətənimdə övladım kimliksiz qalıb

2025.08.05, 13:23
Azərbaycanlı ata: Əhər "Əlihan" adına qarşı çıxdığına görə öz vətənimdə övladım kimliksiz qalıb

Şərqi Azərbaycanın Əhər rayon Vətəndaşlıq Qeydiyyatı İdarəsi türkcə-ərəbcə “Əlihan” adı ilə yeni doğulan uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edib və uşağı 21 gündür şəxsiyyət vəsiqəsi olmadan saxlayır.

Gunaz.tv

Bu barədə uşağın atası Balamın Adı kampaniyasına danışıb.

"Oğlumuz 15 iyul 2025-ci ildə anadan olub. Mən və həyat yoldaşım onun üçün aylar əvvəl Əlihan adını seçmişik və doğulandan bəri onu bu adla çağırmışıq. Amma Əhər Vətəndaşlıq Dairəsi rəsmiləri bu adın ad seçim sistemində olmadığı üçün bu adı seçə bilməyəcəyinizi bildiriblər. Onlar bu ada doğum haqqında şəhadətnamə ala bilmək üçün məhkəmə qərarı əldə etməli olduğumuzu bildirdilər. Əhər Rayon Sülh Məhkəməsinin Birinci Şöbəsi də şikayət üzrə məhkəmə iclasını oktyabrın 22-nə təyin edib.Bu o deməkdir ki, övladımız hələ 3 ay doğum haqqında şəhadətnaməsiz qalmalıdır" - deyə o bildirib.

Qeyd edək ki, doğum haqqında şəhadətnaməyə sahib olmayan uşaqlar tibbi sığorta imkanlarından yararlana bilmirlər. Ona görə də ana-atalar uşaqların tibbi ehtiyaclarını öz ciblərindən qarşılamalı olur.

Ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin ad seçmək hüququ”nun təmin edilməsindən keçir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar