SON XƏBƏRLƏR

Bakıda güclü yanğın, 1 əsgər yanaraq ölüb

2021.10.20, 07:36
Bakıda güclü yanğın, 1 əsgər yanaraq ölüb

Gunaz.tv
İki nəfər isə xəsarət alıb Xətai rayonu ərazisində ölüm və xəsarətlə nəticələnən güclü yanğın hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, bu barədə “anspress”ə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən bildirilib. Yanğın saat 04.15 radələrində Həzi Aslanov qəsəbəsi, 7-ci dairə küçəsində yerləşən sexlərdə qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar. Yanğın nəticəsində bir nəfər əsgər ölüb, iki nəfər ilə tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 300 kvadrat metrdən yuxarı ərazi tamamilə yanıb. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən bildirilib ki, yanğın nəticəsində Orxan adlı əsgər aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib, Fuad Rzayev və şəxsiyyəti hələlik məlum olmayan kişi dəm qazından zəhərlənib. Yanğın baş verən ərazi qeyri yaşayış sahəsi olub və taxta sexi kimi fəaliyyət göstərib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, saat 04.20 radələrində stansiyaya yanğın barədə məlumat daxil olub. Hadisə yerinə gələn təcili yardım həkimləri hadisə yerindən bir meyit aşkar ediblər. Hadisə nəticəsində 40 və 22 yaşlarında, şəxsiyyəti məlum olmayan iki nəfər xəsarət alıb. Meyit hərbi hissənin meyitxanasına təhvil verilib, yaralılar isə Yanıq Mərkəzinə aparılıb. Faktla bağlı Xətai rayon Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar