SON XƏBƏRLƏR

Rusiya MDB ölkələrilə gömrük birliyi yaradacaq

2021.10.20, 07:36
Rusiya MDB ölkələrilə gömrük birliyi yaradacaq

Gunaz.tv
Müstəqil Dövlətlər Birliyinin baş nazirləri bu gün Qazaxıstanın paytaxtı Astanada görüşüb. Onların görüşü Xabarovskda başa çatan Rusiya-Avropa Birliyi sammitinin başa çatması ilə üst-üstə düşüb. Rusiya sammitdə Avropa Birliyini xəbərdar edib ki, regionda anti-Rusiya bloku yaratması cəhdlərindən əl çəksin. Son illər ərzində Rusiya, keçmiş Sovet İttifaqı ölkələrinin Qərbə doğru meyllənməsinin qarşısını almaq üçün səylərini gücləndirib. Rusiya məsələləri üzrə təhlilçimiz Stiven İk xəbər verir ki, MDB-ə çox zaman "söhbət kafesi" və yaxud da, keçmiş Sovet respublikalarının Rusiyadan "boşanma davasının sona çatdırılması mərhələsi" kimi baxırlar. Amma Rusiyanın regionda qərbpərəst siyasətə cavab olaraq özünə arxayınlığı artdığı bir zamanda MDB də dirçəlməyə başlayır. Rusiya, Belarus və Qazaxıstan gələn ilin əvvəlindən gömrük birliyini işə salmaq barədə razılığa gəliblər. MDB həmçinin yeni üzvlərə anti-böhran fondu açmaq barədə razılığa gəlib, fondu Avrasiya İqtisadi Komissiyası idarə edəcək. Əslində isə bu fond əsasən Rusiya pullarının hesabına formalaşır. Qlobal maliyyə böhranı bu ölkələrin çoxunu sarsıdıb, onları kredit üçün Moskvaya üz tutmağa məcbur edib. Artıq Belarus, Qırğızıstan və Ermənistana milayrdlarla dollarlıq kredit ayrılıb. Eyni zamanda, Rusiya keçmiş sovet ölkələrinin birləşdiyi kollektiv təhlükəsizlik təşkilatını da çiçəkləndirməyə başlayıb. İndi Rusiyanın siyasəti Moskvaya hələ də dost olan qonşuları üzərində itirdiyi nüfuzunun bərpasına yönəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar