SON XƏBƏRLƏR

Türkiyə səfirliyi təkzib edir

2021.10.20, 07:36
Türkiyə səfirliyi təkzib edir

Gunaz.tv
“Mayın 20-də Ədalət və İnkişaf Partiyasının qapalı toplantısı ilə bağlı iki gündür bəzi qəzetlərdə yayımlanan xəbərlərdə yanlış məlumatlar yer alıb. Azərbaycanın hörmətli millət vəkilləri başda olmaqla, müxtəlif mövzularda baş nazirə istinadən yazılan ifadələr həqiqəti əks etdirmir”. RİA-nın məlumatına görə, bu barədə Türkiyə səfirliyinin baş nazir Rəcəb Tayyib Ərdoğanın bu ölkədə səfərdə olmuş Azərbaycanın qadın millət vəkilləri barədə söylədiklərinə dair mətbuatda yer alan xəbərlərlə bağlı yaydığı açıqlamada bildirilir. Səfirlik ictimaiyyəti qaynağı bəlli olmayan bu cür söz-söhbətə inanmamağa çağırırıq. Qeyd edək ki, Türkiyə hökumətinə yaxın “Star” qəzeti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi görüşdə azərbaycanlı qadın millət vəkillərinin Türkiyəyə səfərinin də müzakirə olunduğunu yazıb. Qəzetin iddiasına görə, R. T. Ərdoğan öz partiyasının millət vəkillərinə deyib ki, həmin qadınların Türkiyədə bəzi “dərin” dairələrə əlaqəsi var və onların məqsədi iki ölkə hökumətləri arasında münasibətləri pozmaqdır. R. T. Ərdoğan “dərin dairələr” deyərkən gizli terror təşkilatı olduğu iddia edilən “Ergenekon”a işarə vurub.ria

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar