SON XƏBƏRLƏR

Ermənilər yenə də yanğınlar törədir

2021.10.20, 07:36
Ermənilər yenə də yanğınlar törədir

Gunaz.tv
Ermənistan silahlı qüvvələri işğal altında saxladıqları Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıblar. Düşmən əsgərləri ötən gün axşam saatlarında Ağdamın işğal altında olan Novruzlu kəndinin ərazisinə od vurub. Ermənilərin süni şəkildə yaratdığı gərginlik təmas xəttinin bir neçə addımlığında yerləşən Ağdamın Çəmənli kənd sakinlərini qorxutmur. Əksinə, neçə illərdi ki, öz doğma ev-eşiyində yaşayan kənd sakinləri bir qarış torpağı belə boş qoymayıb. Yenə də ermənilər bu yanğınlarla təbiətdə yaşayan bütün canlılara qarşı soyqrım törədir. Heyvanlar vaxtından əvvəl miqrasiya etmək məcburiyyətində qalır. Yaralı və ac yırtıcılarsa təmas xəttini keçib kəndlərə soxulur. Neçə illərdir düşmən əlində olan ərazilərdə yaşıllıq zolaqları məhv olduğundan indi yanan yerlərə ancaq otlaq sahələri demək olar. Alov hələ ki düşmənin ön xətdəki məntəqələrinə gedən yolarda müşahidə olunur. Burada hamı bir nəfər kimi inanır ki, Azərbaycan əsgəri bir qarış torpağı da düşmən əlində qoymayacaq. Bu fədakarlığın, bu şücaətin arxasında hansısa sirli bir qüvvə yox, vətənə məhəbbət, dövlətə inam, orduya güvənc dayanır. Bu həyat tərzini seçən insanlar hər gün bir tarix yazırlar öz şücaətləriylə. O həyat ki, hər zaman atəş səsi, güllə-boran,torpaqlarda yanğınlar, vəhşi heyvanların hücumu və daha nələr,nələr… bu yaşayış qəhrəmanlıqdan başqa bir şey deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar