SON XƏBƏRLƏR

İranın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

2021.10.20, 07:36
İranın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Gunaz.tv
Azərbaycan türkləri sabah Ankarda aksiya keçirəcəklər Mayın 23-də Ankara şəhərində 22 may (1 Xurdad) hadisələrinin üçüncü ildönümüylə əlaqədar Bu barədə RİA-ya DAK mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, piketi qardaş ölkədə yaşayan və fəaliyyət göstərən quzeyli-güneyli soydaşlarımız təşkil edəcək. Aksiya saat 11.00-da Ankara şəhəri Çankaya rayonu Tunali Hilmi Caddəsindəki Kuğulu parkında keçiriləcək. Xatırladaq ki, 2006-cı il mayın 22-si Güney Azərbaycan Milli Hərəkatında yeni dönüş nöqtəsi başlayıb. Təbriz şəhərində “İran” adlanan qəzetdə təhqir xarakterli karikaturaya (Azərbaycan türkləri "tarakan"a bənzədilmişdi) etiraz olaraq milyonlarla soydaşımız küçələrə çıxıb və “Haray-haray mən türkəm!” deyib. Sonradan aksiyaların kütləviləşdiyini və bütün Güney Azərbaycanı əhatə etdiyini görən fars şovinist rejimi əvvəlcədən icazə verdiyi mitinqi xüsusi qəddarlıqla yatırdıb. Nəticədə onlarla gənc və yaşlı həlak olub, yüzlərlə soydaşımız yaralanıb və minlərlə nümayişçi həbs olunub.ria

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar