SON XƏBƏRLƏR

Radikal dini qrup üzvlərinin məhkəməsi keçirilib

2021.10.20, 07:36
Radikal dini qrup üzvlərinin məhkəməsi keçirilib

Gunaz.tv
Bizi vəhhabi kimi təqdim edənlərin yazdıqlarını onların özlərinə yedizdirəcəm Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. ANS PRESS-in məlumatına görə, prosesdə təqsirləndirilən İlkin İsmayılov müdafiə çıxışı edib. O, bildirib ki, K.Əsədov əsgərliyə getməsini ondan gizli saxlayıb: «2006-cı ildə Kamran mənə demişdi ki, hərbi xidmətə gedib oradan silah götürüb harasa gedəcək. Hətta o, silah götürüb cihad etmək fikrində idi. Əsgərliyə getmək məsələsini mənimlə məsləhətləşməyib. Bu məsələ 2006-cı ildə olub və mən MTN-nin istintaq təcridxanasında idim». İ.İsmayılov ABŞ və ona müttəfiq olan ölkələrə qarşı olması ilə bağlı ittihamı əsaslı sayaraq bildirib ki, bu əqidəsinə görə 2005-ci ildə ittiham olunub və 15 il azadlıqdan məhrum edilib: «Hansı əqidəyə mənsub olmağım barədə ibtidai istiqtaqda məlumat yoxdur. Mən etdiyim əmələ görə cəza almışam və bir əmələ görə iki dəfə ittiham olunmaq qanunda yoxdur» Təqsirləndirilən Yaşar Məhərrəmov isə ona verilən ittihamla razı olmayıb. Məhkəmədən ona bəraət verilməsini xahiş edib. Zalda təqsirləndirilən Fərid Cabbarovla İlkin İsmayılovun valideynləri arasında mübahisə yaranıb. Bu zaman Kamran Əsədov hakimdən valideynlərin zaldan çıxarılmasını xahiş edib: «Biz Allah üçün mübarizə aparırıq, ancaq siz bizim adımızı batırırsınız». Kamran Əsədov isə müdafiə çıxışında bunları deyib: «Mənim məqsədim Allahın dinini müdafiə etmək olub. Mən Allahın dinini müdafiə edirəm. Törətdiyim işi planlaşdırarkən heç bir müsəlmana zərər vermək fikrim olmayıb. Məqsədim kafirləri alçaltmaq və zəiflətmək olub». K.Əsədov jurnalistləri hədələyib və onlara xəbərdarlıq edib: «Mənim dediklərimi təhrif etmədən olduğu kimi yazın. Unutmayın ki, 15 ildən sonra həbsdən çıxacam». O, orduya xidmət etmək üçün getmədiyini deyib. Ancaq silah götürmək fikrində olduğunu bildirib. K.Əsədov ona verilən ittihamları qəbul etdiyini də vurğulayıb: «Verilən ittihamları qəbul edirəm. Düz etmişəm. Ancaq günahkar deyiləm. Biz bu kafir dövlətdə cinayətkar adlandırılırıq». K.Əsədov onlara vəhhabi deyənləri də kəskin hədələyib: «Bizi vəhhabi kimi təqdim edib yazanların yazdığını onlara yedizdirəcəm. Sonra isə güllələyəcəm. Bizim vəhhabi adlandırılmağımız böhtandır». O bildirib ki, quldurluq etməyib, sadəcə «Lukoyl»a hücum edərək Azərbaycan neftindən paylarına düşən 625 manatı götürüblər. O, «Əbu Bəkr» məscidini şeytan yuvası adlandırıb və məscidin bağlanmasını düzgün addım hesab etdiyini bildirib. Proses mayın 29-da Kamran Əsədovun çıxışı ilə davam etdiriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslər radikal dini qrupda birləşərək hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı «LUKoyl» yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunur. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar