SON XƏBƏRLƏR

Urmu ölünün qurumasına etiraz olaraq eyləm edən azərbaycanlı məhbuslar döyülüb

2025.08.09, 12:32
Urmu ölünün qurumasına etiraz olaraq eyləm edən azərbaycanlı məhbuslar döyülüb

2025-cü il avqustun 8-i, cümə günü səhər saatlarında Böyük Tehran zindanında məhbus olan azərbaycanlı fəallar simvolik aclıq eyləminin ilk günündə Tehranın Evin zindanının 7-ci və 8-ci palatalarına köçürülüblər.

Gunaz.tv

Məlumata görə, köçürülmə zamanı məhbuslar həbsxana mühafizəçiləri tərəfindən döylüblər.

Nəticədə, Məhəmməd Rza Fəqihi və Mürtəza Pərvin ağır xəsarət alıblar.

Dünən səhər saat 4-də başlayan köçürmə ailələrə və siyasi məhbuslara əvvəlcədən xəbər verilmədən həyata keçirilib.

Eyni zamanda, Mizan Xəbər Agentliyi İsrailin Evin həbsxanasına hücumundan təxminən 45 gün sonra həbsxananın bəzi hissələrinin fəaliyyətini bərpa etdiyini və bir sıra məhbusların ora qaytarıldığını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar