SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ BƏ Y A N A T I

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ BƏ Y A N A T I

Gunaz.tv
Minilliklər boyu öz tarixi torpaqlarında yaşayan, qədim tarixə, mədəniyyətə, adət - ənənəyə, dövlətçilik təcrübəsinə malik Azərbaycan türkləri bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Lakin, müxtəlif dövrlərdə aparılan məkrli, işğalçı siyasət nəticəsində azərbaycanlıların istək və iradəsindən asılı olmayaraq Azərbaycanın ərazisi parçalanmaya məruz qalmış, ayrı-ayrı rejimlərin maraqları dairəsində bölünərək əsarət altına salınmışdır. Bu gün totalitar və müstəmləkəçi iran fars faşist rejimi Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarının boğulması , milli – mənəvi varlığının məhv edilməsi istiqamətində siyasət aparmaqdadır və hər zaman olduğu kimi bu gün də Azərbaycan türklərinə qarşı sistemli şəkildə təhqiredici siyasətini davam etdirməkdədir . 2006-cı il may ayında rəsmi dövlət qəzetində təhqir dolu karikaturalı yazı bunun açıq ornəyi idi və azərbacan türkləri bu təhqirə kütləvi etiraz etdilər. Ancaq, azərbaycan türkünə qarşı edilən təhqirlər və aparılan ayrı seçkilik siyasəti bu gün də davam etdirilir. Biz bunu özünə “islahatçı” adı vermiş fars molla rejiminin rəsmisi Məhəməd Xatəminin timsalinda bir daha görmüş olduq , deməli bu faşist sistem hər zaman Azərbaycan Türkünün milli kimliyinin məhvində maraqlıdır. Faşist fars rejiminin yalnız bir istəyi var ki, o da Azərbaycan türkünün tamamilə məhv edilməsidir. Onlar işğal etdikləri Azərbaycan ərazisindən bu milləti uzaqlaşdırmaq, onları öz tarixi torpaqlarından didərgin salıb bu torpaqlara tam yiyələnmək, o topraqları farslaşdırmaq, kürdləşdirmək siyasəti aparmaqla əslində azərbaycan türkünü tarixi irsi olmayan bir toplum kimi göstərmək istəyir. Bu sistemə səbr nümayiş etdirmək Azərbaycan türkünün öz əli ilə özünü məhvə doğru aparması deməkdir. Bu üzdən millətimizin bütün kəsimləri milli varlığına güvənərək Güney Azərbaycan türkünün qurtuluşunu istiqlal savaşı ilə müəyyən etməlidir. Biz bir millət olaraq istiqlal istəyimizi öz tarixi torpaqlarımızda faşizmin kökünü kəsməklə, milli əsarətə son qoymaqla və demokratik milli dövlətimizi qurmaqla gerçəkləşdirməliyik. Təbii ki, son illərdə Güney Azərbaycanda kütləviləşən milli hərəkat millətimizin iradəsini bütün dünyaya göstərə bildi. Deməli, biz milli iradəmizi ortaya qoyduqda heç bir güc bunun qarşısında dura bilməz. Ona görə də Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycan türkü əmin olmalıdır ki, milli azadlıq hərəkatımızın qələbəsi və istiqlalımızın təminatı milli kimlik şüurunun güclənməsindən, milli həmrəylik və milli birliyimizdən keçir. GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar