SON XƏBƏRLƏR

"Bəsic" üzvü təbrizli gənci öldürüb

2025.08.12, 10:39
"Bəsic" üzvü təbrizli gənci öldürüb

SEPAH-a bağlı "Bəsic" (Könüllülər ordusu) üzvü tərəfindən güllənərəkə yaralanan 22 yaşlı təbrizli gənc Hisam Salmani bir müddət komada qaldıqdan sonra həyatını itirib.

Gunaz.tv

Bu haqda gəncin ailəsinə yaxın mənbə məlumat yayıb.

Bildirilib ki, güllələnmə hadisəsi iyulun 11-də baş versə də, təhlükəsizlik idarəsi məsələnin ictimailəşdirilməməsi üçün təbrizli gəncin ailəsinə təzyiq göstərib.

"Hisam Salmaninin ailəsi övladlarının öldürülməsinə görə məhkəməyə şikayət ediblər, ancaq təhlükəsizlik və məhkəmə nümayəndələri cinayət işinin gediaşatı və cinayətkarın saxlanılması ilə bağlı hər hansı məlumat verməkdən imtina edirlər",- məlumatda bildirilib.

Qeyd edək ki, Hisam Salmani iyulun 11-də şəxsi avtomobili ilə hərəkət etdiyi zaman Təbrizin Erəm məhəlləsində öncədən xəbərdarlıq edilmədən "Bəsic" üzvü tərəfindən güllələnib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar