SON XƏBƏRLƏR

Dmirti Medvedev: " Avropa Birliyi Rusiyanı “Şərqi tərəfdaşlıq”da iştiraka inandıra bilməyib"

2021.10.20, 07:36
Dmirti Medvedev: " Avropa Birliyi Rusiyanı “Şərqi tərəfdaşlıq”da iştiraka inandıra bilməyib"

Gunaz.tv
Prezident Rusiya əleyhinə köklənmiş ayrı-ayrı dövlətlərin digər Avropa ölkələri ilə qüvvətlənməsindən narahatdlr Avropa Birliyi “Şərqi tərəfdaşlıq” proqramının Rusiyaya heç bir zərər verməyəcəyinə inandıra bilməyib. Bu barədə, Rusiya prezidenti Dmitri Medvedev Rusiya -Avropa Birliyinin sammitinin yekunlarına dair mətbuat konfransında bildirib. “Onlar bizi inandırmağa çalışdılar amma inandıra bilmədilər”, - deyə D. Medvedev bildirib. Prezidentin sözlərinə görə, Rusiya üçün istənilən əməkdaşlıq yaxşıdır. “Amma bizim üçün hələ aydın deyil ki, o hansı formada baş verəcək ”- deyə, Rusiya prezidenti bildirib. Prezident onu da əlavə edib ki, “Şərqi Tərəfdaşlıq” proqramının iştirakçılarının bəziləri bunu “Rusiyaya qarşı əməkdaşlıq” kimi qəbul edirlər. “Mən Avropa Birliyinin rəhbərlərini nəzərədə tutmuram. Amma biz istəməzdik ki, Rusiya əleyhinə köklənmiş ayrı-ayrı dövlətlər digər Avropa ölkələri ilə qüvvətlənsinlər”, - deyə D. Medvedev bildirib. O həm də əlavə edib ki, əgər burada söhbət iqtisadi əməkdaşlıqdan gedirsə, onda Rusiya hazırdır. “Amma bəzi məqamlar bizi narahat edir”- Rusiya prezidenti etiraf edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar