SON XƏBƏRLƏR

Urmiya gölü quruya bilər

2021.10.20, 07:36
Urmiya gölü quruya bilər

Gunaz.tv
Su buxarlanması faktoru göl üçün ciddi təhlükədır İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərində yerləşən Ürmiya gölü qurumaq təhlükəsi ilə qarşılaşıb. “ANS Press”in məlumatına görə, ekologiya mütəxəssisləri bildirib ki, təbii gözəlliyi ilə dünyanın nadir göllərindən olan Ürmiyanın səviyyəsi su buxarlanması üzündən ildə 1 metr aşağı düşür. Göldəki təhlükə barədə 7 il əvvəl həyəcan təbili çalınsa da, bu müddət ərzində gölün səviyyəsinin 6 metr düşməsinin qarşısını almaq mümkün olmayıb. Mütəxəssislər qeyd edir ki, gölün bu sürətlə çəkilməsi ətraf mühitə də mənfi təsir göstərəcək. Ərazidəki sənaye qurumlarının tullantı sularının və yeraltı çirkli suların gölə axıdılması da ciddi təhlükə kimi qəbul edilir. Sahəsi 52 min kvadrat km olan və dünyanın ikinci duz ehtiyatına sahib olan Urmiyanın ən dərin yeri 16 metrdir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar