SON XƏBƏRLƏR

ƏRDOĞANIN BAKI BƏYANATLARI ORDU RƏHBƏRLİYİNİN TƏLƏBİYMİŞ

2021.10.20, 07:36
ƏRDOĞANIN BAKI BƏYANATLARI ORDU RƏHBƏRLİYİNİN TƏLƏBİYMİŞ

Gunaz.tv
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın Bakıda səsləndirdiyi “Qarabağ problemi həll olunmadan Ermənistanla sərhəd açılmayacaq” bəyanatı əslində Milli Təhlükəsizlik Şurasının (Milli Güvenlik Kurulu - MGK) qərarıymış. “Media forum” saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Sabah” qəzeti mayın 22-də yayıb. Qəzet yazır ki, MGK-nın aprelin 28-də keçirilən toplantısında ordu rəhbərliyi konkret mövqe ortaya qoyub: “Türkiyə ilə Ermənistan arasındakı prosesi irəliyə aparmaq istəyirik. Amma Azərbaycanı itirə bilmərik. Fikir ayrılıqları ola bilər, amma Türkiyə üçün Azərbaycandan vaz keçmək kimi bir anlayış mümkünsüzdür”. Toplantıda bu mövqeni Azərbaycana baş nazir Rəcəb Teyyub Ərdoğanın çatdırması düzgün hesab olunub. Baş nazir də Azərbaycan parlamentindəki çıxışında əslində MGK-nın qərarını açıqlayıb. “Sabah”ın Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla yaydığı digər məlumata görə, Türkiyə hökuməti Ermənistanın Dağlıq Qarabağdan ən nikbin ehtimalla 5 il içərisində çıxa biləcəyini düşünür. Minsk qrupunun danışıqları intensivləşdirməsinə rəğmən Qafqazda sabitliyin qısa müddətdə təmin olunması gözlənilmir. Amma Ankara Qarabağ probleminin həlli prosesini sürətləndirmək üçün sərhəd kartından yararlanmaqda qərarlıdır. Ankaranın Qafqazdakı problemlərin bir-biri ilə bağlantılı olduğuna və bütün halda baxılmasının zəruriliyinə dair mövqeyi mayın 7-dəki Praqa zirvəsində də bütün tərəflərə çatdırılıb. Türkiyə bu çərçivədə Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının strukturlaşdırılması istiqamətindəki fəaliyyətini gücləndirmək qərarına gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar