SON XƏBƏRLƏR

URMİYALI FƏALLARIN ETTELAAT İDARƏSİNƏ ÇAĞRILARAQ TƏHDİD EDİLDİYİ BİLDİRİLİR

2021.10.20, 07:36
URMİYALI FƏALLARIN ETTELAAT İDARƏSİNƏ ÇAĞRILARAQ TƏHDİD EDİLDİYİ BİLDİRİLİR

Gunaz.tv
2006-cı ildə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz əlaməti olaraq düzənlənmiş may-iyun etiraz aksiyalarının ildönümü ərəfəsində Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyada fəalların ETTELAAT idarəsinə çağrılaraq təhdid edildiyi barədə məlumatlar yayılıb. urmiyalı fəallar, jurnalistlər və prezidentliyə səlahiyyəti rədd edilmiş İran parlamentinin keçmiş deputatı Əkbər Ələminin tərəfdarları ETTELAAT idarəsinə çağırılıb. Onlara mayın 22-də evlərindən çıxmamaq barədə xəbərdarlıq edilib. Məlumatda bildirilir ki, ETTELAAT idarəsində fəallara mayın 22-də hər bir aksiya və ya toplantıya qatılacaqları təqdirdə həbs ediləcəklərini deyiblər. Xəbər verilir ki, Urmiya küçələrində vəziyyətə nəzarət edən ETTELAAT əməkdaşları son günlərdə bir sıra fəalları tutaraq şəhərdən kənara aparıb, saatlarla dindirdikdən sonra azad buraxıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar