SON XƏBƏRLƏR

Ermənilər futbol matçınadək sərhəd məsələsinin həll ediləcəyini bildirirlər

2021.10.20, 07:36
Ermənilər futbol matçınadək sərhəd məsələsinin həll ediləcəyini bildirirlər

Gunaz.tv
Türkiyə - Ermənistan münasibətlərinin qurulması istiqamətində ararılacaq danışıqlarda rəsmi Yerevanın mövqeyi heç vaxt dəyişməyəcək. Bu bəyanatı Ermənistanın baş naziri Tiqran Sarkisyan verib. Parlamentdə çıxış edən baş nazir Sarkisyan bildirib ki, Ermənistan prezidenti rəsmi Yerevanın mövqeyini dəfələrlə beynəlxalq ictimaiyyətin, o cümlədən Ankaranın diqqətinə çatdırıb - danışıqlar prosesi qarşı tərəfin heç bir şərt irəli sürmədiyi təqdirdə davam etdirilə bilər. Bu baxımdan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və qondarma erməni soyqırımı məsələsində hər hansı şərt irəli sürməsi qəbuledilməzdir. İki ölkə arasında sərhədlərin açılması məsələsinə gəlincə, Sarkisyan bildirib ki, bu ilin sentyabrında - Ermənistanla Türkiyə yığmaları arasında keçiriləcək oyunadək bünunla bağlı məsələlərə aydınlıq gətiriləcək. Maraqlıdır ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da bənzər açıqlamalarla çıxış edib. Oskanyan «Türkiyə və Ermənistan qəzetçilərinin dioloqu» layihəsi çərçivəsində Yerevana gələn türkiyəli jurnalistlərlə görüşündə deyib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı verdiyi bəyanatlar onun ümidlərini puça çıxarıb. «Türkiyə ilə Ermənistan arasındakı məsələləri müzakirə etmək olar. Lakin Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli şərtini irəli sürməsi 10 ildən də çox müddət ərzində münasibətlərin bərpasının qarşısını ala bilər» - deyə keçmiş xarici işlər naziri əlavə edib. Onun fikrincə, Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərəcək. Sarkisiyan və Oskanyanın açıqlamaları bir daha göstərir ki, ermənilər həmişə olduğu kimi problemin həllinə konstruktiv yanaşma tərzi nümayiş etdirməkdən uzaqdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar