SON XƏBƏRLƏR

ƏRDOĞAN PREZİDENTLİYƏ HAZİRLAŞIR?!

2021.10.20, 07:36
ƏRDOĞAN PREZİDENTLİYƏ HAZİRLAŞIR?!

Gunaz.tv
Onun “bir dönəm sonra yoxam” dediyi vaxt prezident seçimi ilə üst-üstə düşür Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 19 mayda keçirilən Gənclər və İdman Bayramı tədbirində etdiyi çıxışında bir müddətdən sonra aktiv siyasətdən gedəcəyini demişdi. Bu açıqlamada göstərilən müddətin Türkiyədəki prezident seçkisi ilə üst-üstə düşdüyü aşkar görünür. Və belə bir sual yaranır: Ərdoğan Çankaya köşkünəmi hazirlaşır? Ərdoğan deyib ki, AKP-nin nizamnaməmizdə bir nəfərin ard-arda 3 dəfə millət vəkili seçilmək hüququ nəzərdə tutulub: "Mən də bu haqdan iki dəfə istifadə etmişəm. Bundan sonra bir şansım qalıb. Bu dönəm də bitdikdən sonra siyasəti buraxacağam. Daha irəli getməyəcəyəm, gedə bilmərəm.” Ərdoğan həmçinin partiya sədrliyinin də limitli olduğunu xüsusi vurğu ilə qeyd edib. Belə ki, AKP-nin nizamnaməsinə görə, bir şəxs beş dəfə partiya sədri seçilə bilər. Digər maraqlı məqam budur ki, baş nazir bu açıqlamanı Türkiyə prezidentliyinə seçkisındə “Ərdoğan taxta çıxacaq” ehtimalının müzakirəsi zamanı ortaya atıb. Hesablamalara görə, 2011-ci ildə keçiriləcək novbəti parlament seçkilərində Ərdoğan son dəfə millət vəkilliyinə namizəd olacaq. Türkiyədə parlament seçkiləri beş ildən bir keçirildiyindən bundan sonrakı seçkilər 2016-cı ildə baş tutacaq. Qardaş ölkədə prezident seçkisi 7 ildən bir keşirilir. Novbəti prezident seçkisi 2015-ci ilə təsadüf edir. Yəni Ərdoğanın göstərdiyi müddətin başa çatmasina bir il qalanda. Bu sualla bağlı AKP-dən olan millət vəkillərinə “Ərdoğan baş nazirlikdən sonra prezident ola bilərmi” sualına dəqiq cavab verən olmayıb. Yalnız bir millət vəkili Bəkir Boğazın cavabi diqqət çəkən olub: “Siyasətçilərin fəaliyyəti barədə qərarı özlərindən əvvəl xalq verir. Rəcəb bəy bir yerə gedə bilməz. Qərarı xalq verəcək”. musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar