SON XƏBƏRLƏR

FRANSALI HƏMSƏDRDƏN TÜRKİYƏYƏ “QARABAĞA QARIŞMA” MESAJI

2021.10.20, 07:36
FRANSALI HƏMSƏDRDƏN TÜRKİYƏYƏ “QARABAĞA QARIŞMA” MESAJI

Gunaz.tv
Bernar Fasye bildirib ki, sərhədlərin açılması müqabilində Qarabağın azad olunmasını tələb etmək regiondakı vəziyyətə mənfi təsir edə bilər Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye Ankaradakı təmasları zamanı Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müdaxilə etməməyə çağırıb. Fransalı diplomat bildirib ki, Türkiyənin Ermənistanla sərhədlərin açılmasının əvəzində Qarabağın azad olunmasını tələb etməsi regiondakı vəziyyətə mənfi təsir göstərə bilər. Onun fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması heç cür Qarabağ münaqişəsi ilə bağlana bilməz. “Ankara ilə İrəvan arasında danışıqlar və Qarabağ münasiqəşinə dair nizamlama prosesi bir-birinə paralel aparılmalıdır, həndəsədə isə paralel xətlər heç vaxt kəsişə bilməz” - deyə, Fasye Türkiyə XİN-də apardığı danışıqlar zamanı bildirib. “Hürriyet” qəzetinin yazdığına görə, Fasye qəbul edib ki, bu iki proses arasında qarşılıqlı əlaqə var, bu da ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edə bilər. “Lakin bu iki prosesin bir-birinə qarışdırılması vəziyyəti mürəkkəbləşdirəcək” - deyə, Fasye bildirib. Qeyd edək ki, Fasyenin paralel xətlər haqda şərhi Türkiyə XİN-dən mətbuata danışan yüksək səlahiyyətli diplomata cavabdır. Həmin diplomat bugünlərdə demişdi ki, Ermənistanla “Yol xəritəsi” anlaşması və Qarabağ münaqişəsi istənilən halda bir-birinə bağlıdır, çünki iki paralel xətlər də kosmosda kəsişir. Türkiyə XİN-dəki mənbə qəzetə bildirib ki, Fasye xüsusən indi-beynəlxalq ictimaiyyətin Ermənistana və Azərbaycana münaqişənin nizamlanmasına aparan kompromislərə nail olmaq üçün təzyiqlər göstərdiyi bir vaxtda Ankaranın bu iki prosesi bir-birinə bağlaması arzuolunan deyil. Fransalı həmsədr bildirib ki, Türkiyənin tələb etdiyi kimi Qarabağdan qoşunların çıxarılması asan və qısa müddətdə həyata keçirilə biləcək məsələ deyil. Bunun üçün münaqişənin nizamlanmasının qalan aspektləri də öz həllini tapmalıdır: “Biz göydən Ayı yerə endirməyə çalışmırıq, biz indi nə mümkünsə onu etmək istəyirik. Hazırda Minsk Qrupu Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyən etməyi təklif edir, yekun statusun müəyyən edilməsi isə sonraya buraxılmalıdır”. Bernar Fasye Türkiyədə təmaslardan əvvəl İrəvan və Bakıda səfərdə olub. Onun regiona ezam edilməsi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən və Qarabağdan erməni qoşunları çıxarılana qədər sərhədlərin açılmayacağı haqda qəti bəyanatlarından dərhal sonraya təsadüf edib. Ərdoğan daha sonra da bu cür qəti bəyanatlar verərək Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən çəkilməyə çağırıb. Belə görünür ki, təkcə Fransanın yox, Avropa İttifaqının Minsk Qrupunda maraqlarını təmsil edən Fasye məhz Türkiyədən Qarabağ məsələsinə qarışmamağa çağırmaq üçün regiona göndərilib. Eyni zamanda o, Bakını inandırmağa çalışıb ki, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına etiraz etməsin. İndiki halda Fasyenin mövqeyi Ermənistanın maraqlarına tamamilə uyğundur. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar