SON XƏBƏRLƏR

Qırğızıstanda prezidentliyə namizədlər ana dilindən imtahan verəcəklər

2021.10.20, 07:36
Qırğızıstanda prezidentliyə namizədlər ana dilindən imtahan verəcəklər

Gunaz.tv
Namizədlər sırasında prezident Kurmanbek Bakiyev də var Qırğızıstanda prezidentliyə namizədlər ölkədə dövlət dili olan qırğız dili üzrə imtahan verəcəklər. Bu barədə “RİA Novosti”nin məlumatına görə, seçkilər və referendumun keçirilməsi üzrə mərkəzi komissiyanın mətbuat xidməti məlumat verib. Komissiyanın tərkibinə doqquz nüfuzlu dilçi daxildir. Onlardan hər biri müəyyən regionu təmsil edir. Dövlət dili üzrə komissiyanın sədri Taşboo Jumaqulov jurnalistlərə bildirib ki: “gələcək prezident düzgün oxumaq, yazmaq və öz fikirlərini ifadə etməyi bacarmalıdır”. Məlumata görə, sonuncu imtahan iyunun 6-da keçiriləcək. Təqribən 2 ay sonra isə, yəni 23 iyulda prezident seçkiləri keçiriləcək. Hazırda Qırğızıstanda prezidentliyə 16 nəfər namizəddir. Onların arasında hazırki prezident Kurmanbek Bakiyev də var. Qeyd edək ki, Qırğızıstanda rəsmi dil rus dili hesab olunur. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar