SON XƏBƏRLƏR

İraqlı millət vəkili: “Türkiyə ilə İraq arasında müharibə olacaq”

2021.10.20, 07:36
İraqlı millət vəkili: “Türkiyə ilə İraq arasında müharibə olacaq”

Gunaz.tv
Millət vəkili müharibəyə Türkiyə hökumətinin Dəclə və Fərat çaylarında tikəcəyi su anbarlarının səbəb olacağını deyib İraq parlamentinin müstəqil millət vəkili Muzhir Əl-Hakim Türkiyə ilə İraq arasında su məsələsinə görə müharibə başlayacağını iddia edib. ANS PRESS-in “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Əl-Hakim Türkiyənin Dəclə və Fərat çaylarında su anbarı tikməsinin İraqın ölümü olduğunu deyib. “Türkiyənin Dəclə və Fərat çaylarında su anbarı tikməyə çalışması İraq xalqını öldürmək deməkdir. Bu hərəkətlər göstərir ki, Türkiyə İraqla müharibə etmək istəyir”. Millət vəkili həmçinin Türkiyə ilə İraq arasında gələcəkdə hökmən müharibə olacağını da vurğulayıb. “Su ilə əlaqəli olmasa belə, Türkiyə ilə İraq arasında gələcəkdə müharibə olacaq. Türkiyənin su anbarı tikməsi İraq iqtisadiyyatına və kənd təsərrüfatına mənfi təsir edəcək”. Muzhir əl-Hakim Türkiyə, İraq və Suriyanı bu istiqamətdə ciddi tədbirlər görməyə dəvət edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar