SON XƏBƏRLƏR

Mixail Saakaşvili : "Növbəti 5 il ərzində gürcü xalqı elektrik enerjisini Azərbaycandan alacaq"

2021.10.20, 07:36
Mixail Saakaşvili : "Növbəti 5 il ərzində gürcü xalqı elektrik enerjisini Azərbaycandan alacaq"

Gunaz.tv
Gürcüstan prezidenti hesab edir ki, ölkələr arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri də iqtisadiyyatdır Gürcüstan Azərbaycan ilə qaz təchizatı haqqında beş illik müqavilə imzalayıb. Bu isə o deməkdir ki, gələn beş il ərzində gürcü xalqı elektrik enerjisini və digər enerji daşıyıcılarını Azərbaycandan alacaq. Azərtacın məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili mayın 20-si mətbuat üçün bəyanatlarla çıxış edərkən bildirib. Mixail Saakaşvili bildirib ki, hər iki ölkə arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri də iqtisadiyyatdır. “Biz strateji layihələri həyata keçiririk”, - deyən Gürcüstan dövlətinin başçısı bildirib ki, mayın 21-də Bakı-Batumi hava reysinin açılması münasibətilə təyyarə ilə ora gedəcək. Ölkələrimiz arasında enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələrin əhəmiyyətindən danışan M.Saakaşvili, əlaqələrin bundan sonra da genişlənəcəyini bildirib. Bu yaxınlarda Batumidə böyük inşaat layihəsinin icrasına da başlanılacaq. Bütün bunlar isə xalqlarımız və ölkələrimiz arasında inkişaf edən əməkdaşlığın nəticəsidir”- , deyə Saakaşvili vurğulayıb. Dövlətlər arasında münasibətlərin bünövrəsinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən Gürcüstan prezidenti, bu gün prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığı uğurla davam etdirdiyini qeyd edib./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar