SON XƏBƏRLƏR

Nyu-Yorkda daha bir dəhşətli terrorun qarşısı alınıb

2021.10.20, 07:36
Nyu-Yorkda daha bir dəhşətli terrorun qarşısı alınıb

Gunaz.tv
FTB agentləri partlayışa hazırlaşan 4 nəfəri həbs edib Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Nyu-Yorkda terror törətməyə hazırlıqda şübhəli bilinən 4 nəfəri həbs edib. Lent.az-ın “Associated-Press”ə istinadən məlumatına görə, terror aktı Bronks dairəsindəki sinaqoqun qarşısında törədilməliymiş. Terror hazırlığında şübhəli bilinən şəxslərin həbsi FTB-nin 1 ilə yaxındır apardığı irimiqyaslı əməliyyatın nəticəsində mümkün olub. İstintaq materiallarına görə, onlar sinaqoqun qarşısında avtomobil partlatmağa hazırlıq görürmüşlər. “Frans-Press” xəbər verir ki, həbs olunan şəxslər təkcə sinaqoqun qarşısında deyil, həm də Nyu-Yorkun Milli Hərbi-Hava Qvardiyasının bazasında təyyarələri də partlatmaq planına malik olublar. Həmin şəxslər onlara partlayıcı qurğu satan məxfi FTB agentinin vasitəsilə ifşa olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar