SON XƏBƏRLƏR

Tehranda "Əlihan" adı zorla "Əlisan" kimi qeyd edilib

2025.08.21, 12:08
Tehranda "Əlihan" adı zorla "Əlisan" kimi qeyd edilib

Tehran əyalətinin Şəhriyar Şəhristanı Vətəndaşlıq Qeydiyyatı İdarəsinin rəsmiləri Tehranda yaşayan Təbrizi ailəsindən olan “Əlihan” adlı yeni doğulmuş körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edib və valideynlərin istəyinin əksinə olaraq onun adını zorla “Əlisan” kimi qeydə alıblar.

Gunaz.tv

Bu barədə Möhsün Əmini Balamın Adı kampaniyasına danışıb.

"Oğlumuz 22 iyul 2025-cü ildə dünyaya gəlib və mən həyat yoldaşımla onun üçün Əlihan adını seçmişik. Ancaq vətəndaşlıq qeydiyyatı idarəsinin rəsmiləri bu adın ad seçmə sisteminə olmadığını deyərək onu qeydə almaqdan imtina etdilər. Vətəndaşlıq qeydiyyatı rəsmiləri bildirdilər ki, türk-ərəb adı qəbul edilmir, aryayi (farsca) ad seçin.Mən onlara fars olmadığımı, türk olduğumu və övladıma öz dilimə, mədəniyyətimə görə ad qoymaq istədiymi dedim. Onlar isə bununla razılaşmayıb bizə Əlisan adını seçməyi təklif etdilər. Oğlumuz sarılıq xəstəliyindən əziyyət çəkdiyindən və təcili olaraq xəstəxanaya yerləşdirilməli olduğundan biz bu adla razılaşmalı və bu ada doğum haqqında şəhadətnamə almalı olduq."

Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.

 

C
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar