SON XƏBƏRLƏR

FRANSANIN TÜRKİYƏDƏKİ SƏFİRLİYİ DAĞLIQ QARABAĞ PROBLEMİ İLƏ BAĞLI BƏYANAT YAYIB

2021.10.20, 07:36
FRANSANIN TÜRKİYƏDƏKİ SƏFİRLİYİ DAĞLIQ QARABAĞ PROBLEMİ İLƏ BAĞLI BƏYANAT YAYIB

Gunaz.tv
Fransanın Türkiyədəki səfirliyi ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Ankaraya səfərindən sonra bəyanat yayıb Bəyanatda bidirilir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsi ayrı-ayrı problemlər olsa da, onların həlli prosesi paralel aparılmalıdır: “ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün vasitəçilik missiyasını davam etdirir. Fransa digər həmsədrlər - ABŞ və Rusiya ilə birlikdə bu problemin ədalətli və davamlı həlli istiqamətində səylərini davam etdirəcək. Rəsmi Paris eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da dəstək verəcək. Lakin Dağlıq Qarabağ probleminin həlli həm bu münasibətlərin normallaşması, həm də regiondakı digər münaqişələrin həllinə də müsbət təsir göstərəcək”. /itv.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar