SON XƏBƏRLƏR

Düşmən dövlətdə kişi qıtlığı yaranıb

2021.10.20, 07:36
Düşmən dövlətdə kişi qıtlığı yaranıb

Gunaz.tv
Düşmən dövlətdə kişi qıtlığı yaranıb Ermənistanda əhalinin sayı sürətlə azalır. Bunun əsas səbəbi ölkədə iş yerlərinin iqtisadi böhranla əlaqədar bağlanmasıdır. Qlobal maliyyə böhranı, onsuzda bərbad vəziyyətdə olan Ermənistan iqtisadiyyatını daha da ağır vəziyyətə salır. Xeberdar.info məlumat verir ki, aparılan araşdırmalara görə böhranla bağlı ölkədəki bəzi şirkətlər ya fəaliyyətini tam dayandırıb, ya da işçilərini yarıbayarı ixtisara salıb. Bu yaxınlarda «Nairit» kimya zavodunda partlayışın baş verməsi, yüzlərlə insanın işsiz qalmasıyla nəticələnib. Hesablamalara əsasən bu ilin sonunadək ölkədəki iş yerlərinin 50 faizindən çoxu bağlanacaq. Bu, onsuz da dözülməz vəziyyətdə olan sosial durumu daha da ağırlaşdıracaq. Ermənistanı tərk edərək iş axtarmaq üçün xarici ölkələrə üz tutan ermənilərin sayının hər gün daha da artmasının səbəbi də budur. Vəziyyət o həddə çatıb ki, Ermənistan, necə deyərlər, «Qadınlar ölkəsi»-nə çevrilib. Belə ki, 2001-ci ildə aparılan siyahıyaalınmaya görə Ermənistandakı 3 milyon 150 min nəfərin, 2 milyon 100 mini qadındır. Yerevandakı qadın təşkilatlarının apardığı araşdırmalara əsasən həmin ildən bu günədək kişilərin 60 faizi ölkəni tərk edib. İqtisadi böhran və kişilərin azlığı erməni ordusundakı vəziyyətə də təsirsiz ötüşməyib. Hazırda Ermənistanda hərbi xidmətdən yayınma halları özünün ən yüksək həddinə çatıb. Təsadüfi deyil ki, hər çağırışda Ermənistan silahlı qüvvələri əvvəlkindən 20 faizədək az əsgər qəbul edir. Ona görə də səfərbərlik olsa, ermənilər döyüşəcək əsgər tapa bilməyəcəklər. Ermənistandakı dözülməz vəziyyət onun müttəfiqi Moskvanın da diqqətindən yayınmayıb. Rusiya xarici naziri Sergey Lavrov «İtoqi» jurnalına verdiyi müsahibədə bildirib ki, 10 milyard dollar vəsaitə malik olan antiböhran fondu yaradılıb. Fond vəsaitinin 7,5 milyardı Rusiyanın, qalanı isə Ermənistan, Belarus və Qırğızıstanın payına düşür.//xeberdar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar